Yuxarı

Bağırmağın mənası yoxdur: "İndi vuracağıq..."

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bağırmağın mənası yoxdur: "İndi vuracağıq..."

Rusiya heç kimə cavab zərbəsi zamanı hərəkətlərinin məntiqini və motivasiyasını izah etməməlidir.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, bu barədə hərbi analitik, "Milli Müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko bildirib.

Onun sözlərinə görə, doktrina hər şeyi müəyyən edib, hansı konkret qərarların qəbul ediləcəyi artıq ali siyasi rəhbərliyin səlahiyyətidir:

"Hərbçilər Ali Baş Komandanın verəcəyi hər bir əmri yerinə yetirməyə hazırdırlar. Bu halda söhbət ATACMS raketlərinin istifadə olunmasından gedir, reaksiya və qiymətləndirmə məsələləridir - burada əgər konkret qərar qəbul edilibsə, heç kimi əvvəlcədən məlumatlandırmaq lazım deyil, heç bir xəbərdarlığa ehtiyac yoxdur. Hücum var, cavab tədbirləri faktı var, qüvvəyə minmiş sənəd var. Ona görə də, bilirsiniz, "indi vuracağıq", - deyə bağırmağın mənası yoxdur. Hərəkətlərimizin məntiqini və motivasiyasını heç kimə izah etmək lazım deyil. Çünki artıq doktrina səviyyəsində hər şey müəyyən edilib", - deyə Korotçenko bildirib.

O vurğulayıb ki, nüvə silahının tətbiqinin nəzəri şərtləri və meyarları müəyyən edilib, doktrina var, sənədin konkret vəziyyətdə tətbiqi isə artıq RF Baş Qərargahının və Ali Baş Komandanın "məhz belə nüvə reaksiyası variantının məqsədəuyğunluğunun nəticələrinə görə" səlahiyyətidir.

Xatırladaq ki, "Nyu York Tayms" qəzeti mənbələrə istinadən ABŞ Prezidenti Co Baydenin Ukrayna ərazisindən Rusiyanın dərinliklərinə ABŞ-ın ATACMS taktiki ballistik raketləri ilə zərbələr endirməyə icazə verdiyi barədə məlumat yayıb.

Rusiya Prezidenti Putin isə ötən gün nüvə doktrinasına dəyişikliyi təsdiqləyib.

Tarix
2024.11.20 / 10:44
Müəllif
Axar.az
Digər xəbərlər

Türk NATO-suna xeyir-dua verildi - ABŞ hərəkətə keçdi

Mehdiyevin əsas adamlarından biri danışdı

Mehdiyevin yanında o qalır, bazarlığı da mən edirəm...

AZAL təyyarəsi dayanacağa yedəkdə aparılıb - TASS

Şayiələr gəzir ki, Ramiz Mehdiyev… - Erməni politoloq

Ramiz Mehdiyevin oğlu ilə bağlı qərar verilir

AZAL təyyarəsi havada 3 saat dövrə vurdu - Video

Mehdiyevlər ailəsindəki polkovnik Levon kimdir?

Ramiz Mehdiyevin daha bir dəhşətli cinayəti...

Zəngilan Böyük Qayıdışın rəmzidir

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla