Yuxarı

Prezidentin BDU-ya təyin etdiyi rektor kimdir?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Elçin Babayevi Bakı Dövlət Universitetinin rektoru təyin edib.

Axar.az xəbər verir ki, Elçin Babayev 4 aprel 1965-ci ildə Naxçıvanda doğulub. Azərbaycan Dövlət Pedaqoji Universiteti (1996-1997), Bakı Dövlət Universiteti (1998-1999), Əmək və Sosial Münasibətlər Akademiyası (1996-1999), 289 nömrəli məktəb – “Zəngi” liseyi (1995-2009), Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Rəhbər Dövlət İdarəçiliyi Kadrlarının İxtisasının Artırılması İnstitutu, Rəhbər kadrların fasiləsiz təhsil mərkəzinin qısamüddətli ixtisasartırma kurslarında pedaqoji fəaliyyət göstərib.

E.Babayev 2005-ci ilin sentyabrında “Tərəqqi” medalı ilə təltif edilib.

O, yeni vəzifəsinədək Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru işləyib.

Fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosentdir.

E.Babayev həmçinin AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) elmi işlər direktor müavini, "ŞAR Kosmik plazma və Heliogeofiziki problemlər" şöbəsinin rəhbəridir.

Tarix
2019.03.11 / 16:36
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Bu əraziləri Azərbaycana qaytarmalıyıq - Paşinyan

XİN-dən Vaşinqton görüşünün detalları ilə bağlı açıqlama

Tokayevdən sülh razılaşmasına reaksiya

Tramp İlham Əliyevə papaq hədiyyə etdi - Video

Bayramov və Mirzoyan ATƏT sədrinə müraciət imzaladı

Bakı və İrəvan arasında imzalanmış tarixi saziş... – Şərif

Fidan Bayramovla danışdı: Sülh sazişinin paraflanması...

Əfsuslar olsun ki, Bayden administrasiyası... - İlham Əliyev

Sülh sazişinin mətni bu tarixdə dərc olunacaq

Ağ Evdə tarixi saziş: Dörd mühüm detal...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla