Yuxarı

İkinci Heydər Əliyev də yoxdur ki... – Millət vəkili

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axar.az Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri (BAXCP), millət vəkili Qüdrət Həsənquliyevin müsahibəsini təqdim edir:

- Qüdrət bəy, bələdiyyə seçkilərinə hazırlığa başladığınızı bəyan etmisiniz. Seçki ilində müxalifətin mövcud durumunu necə qiymətləndirərdiniz və seçkilərdən gözləntiniz nədir?

- Azərbaycanda müxalifət yekcins deyil. BAXCP və BQP-nin timsalında konstruktiv mövqeyi ilə fərqlənən parlament müxalifəti var, hansı ki, hər il gəlirlərin ədalətli və məqsədəuyğun bölünmədiyi iddiası ilə büdcə qanununun əleyhinə səs verir və hökumət Milli Məclisə hesabat verərkən onun fəaliyyətini qeyri-qənaətbəxş hesab edir. Əlbəttə, parlamentdə ayrı-ayrı məsələlər üzrə ciddi tənqidi çıxışlar edən digər partiyalar da var. Amma azsaylı müxalifət üzvüləri parlament idarəetməsinə cəlb olunmayıb, proseslərə təsir imkanı çox məhduddur.

Parlamentdən kənar müxalifət partiyaları da var ki, “iqtidara qarşı kim daha çox radikallıq edər” yarışına çıxıblar. Fürsət düşdükcə bir-birlərinə qarşı da dişlərini qıcayırlar. Əgər REAL partiya olaraq anlamağa başlayırsa ki, korporativ maraqlar naminə islam dinindən siyasi məqsədləri üçün istifadə etmək istəyənləri legitimləşdirmək istəyən Milli Şura ilə bir yerdə olmaq olmaz, çünki bu xalqımıza qarşı xəyanət olmaqla yanaşı, həm də Qərbin dəstəyindən onları mərhum edə bilər, dərhal başlayırlar Cəmil Həsənlini onların üstünə salmağa ki, siz satqınsınız. Vaxtilə mandatına görə AXCP-dən imtina etmiş, deputat olarkən yazdığı əsərlərində mərhum prezident Heydər Əliyevin və indiki prezident İlham Əliyevin fəaliyyətini yüksək qiymətləndirən, övladının xeyir işində hərəkat üzvülərindən daha çox Əli Əhmədov başda olmaqla YAP rəhbərliyi ilə əhatə olunan, hər il digər deputatlarla birlikdə mərhum prezident Heydər Əliyevin fəxri xiyabandakı məzarını ziyarət edib abidəsi önündə baş əyən Cəmil Həsənlinin kimisə hökumətlə bazarlıq etməkdə günahlandırması sadəcə ikrah doğurur. AXH haqqında isə danışmağa dəyməz.

Təlatümlü dəniz dibindəki zir-zibili üzə çıxardığı kimi ictimai həyatın təlatümlü dənizi olan xalq hərəkatı da zamanında səviyyəli vətənpərvər insanlara yanaşı çoxlu yaramazları, siyasi dələduzları üzə çıxardıb. Xalqımız uzun illərdir onlardan qurtula bilmir və əziyyət çəkir. Onlar danışdıqca ətrafı üfünət bürüyür. Abırlı və savadlı insanlar müxalifətə qoşulmağa tərəddüd edir. Bu səviyyəsizlər elə bilirlər söyüş söyməklə, təhqir etməklə rəqiblərini gözdən salırlar, amma anlamırlar ki, onlar səviyyədə olan 3-5 pozğundan başqa insanlar tüpürür onlara. İqtidardakıların idarəetmədə buraxdıqları bütün səhvlərə baxmayaraq, atalarına min dəfə rəhmət oxuyurlar. İnsanlar düşünəndə ki, elementar əxlaqa və mənəvi dəyərlərə sahib olmayan bu qaragüruh hakimiyyətə gələ bilər, onları dəhşət bürüyür. Bəzi insanlar mənə deyir ki, Qüdrət bəy, bu tərbiyəsizlər "niyə xalq onların çağırışlarına cavab vermir iddiası ilə xalqı təhqir edirlər. Onlar təkcə özlərini yox, bütün müxalifəti gözdən salırlar”. Sosial şəbəkələrdə onların debatlarına bir az qulaq asın və bu ünsürləri xalqımızı təmsl edəcək iqtidar kimi gözünüz önünə gətirin.

Onlar ölkənin siyasi həyatını o qədər korlayıblar ki, insanlar yalnız onların hakimiyyətə gəlməsi barədə düşünəndə dəhşətə gəlmirlər, həm də ona görə dəhşətə gəlirlər ki, birdən İlham Əliyev əlini yelləyib dedi ki, "sağ olun, mən getdim” və o zaman bu ölkə 93-cü ilin Gəncə qiyamı zamanı düşmüş vəziyyətdən də pis günə qalacaq. O halda nə zaman o zaman deyil, nə də ikinci Heydər Əliyev də yoxdur ki, ölkəni dağılmaqdan xilas edə bilsin.

Vaxtilə Azərbaycana 5 milyard dollara başa gələn rus agenti Rüstəm İbrahimbəyovu az qala xalqın vicdanı kimi təqdim etməyə çalışanlar görəsən indi vicdan əzabı çəkirlərmi? Bu “intellekt” sahibləri müxalifəti bu günə salmalıydılar və salıblar da...

Ona görə əgər iqtidar siyasi islahatlar yolu ilə konstruktiv müxalifətin güclənməsinə şərait yaratmasa, qarşıdan gələn seçkilər də ölkəmizdə normal müxalifətin formalaşmasına imkan verməyəcək. Sağlam və güclü müxalifət olmadan isə nə ölkəmizin beynəlxalq nüfuzunu artıra, nə də cəmiyyətin indikindən artıq inkişafına nail olub ölkəmiz qarşısında duran problemləri həll edə biləcəyik. İndiki vəziyyət isə ölkədə siyasi sabitlik üçün həmişə ciddi təhlükə olaraq qalacaq.

Tarix
2019.04.11 / 11:21
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla