Yuxarı

Paşinyanın bloku dağılır: yeni müxalif qüvvə kimlər olacaq?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Payıza doğru Ermənistanda siyasi proseslər yenidən güclənəcək və hökumətə müxalif yeni siyasi partiya yaranacaq.

Bunu Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. O, Paşinyanın Mənim Addımım Blokunda çox ciddi proseslərin getdiyini deyib:

“Təxminən bir həftə öncə Ermənistanın Baş naziri Nikol Paşinyanla Mənim Addımım Bloku arasında görüş oldu. Paşinyan bu görüşdə öz parlament fraksiyasını hökumətin siyasi xəttinə dəstək verməməkdə ittiham etdi. Bunun ardınca Müdafiə və təhlükəsizlik məsələləri komitəsinin sədri Andranik Köçəryan 1998-ci il 27 oktyabr hadisələrini Rusiyanın təşkil etdiyini bildirdi. Aydın məsələdir ki, bu sensasion açıqlama Paşiyanla razılaşdırılmamışdı. Çünki Paşinyan Moskva ilə münasibətləri düzəltməyə çalışır. Bu mənada Köçəryanın açıqlaması iki ölkə arasında ciddi problemlər yaradacaq”.

Politoloq bildirib ki, Köçəryanın açıqlaması həm də Paşinyanla Mənim Addımım Bloku arasında ciddi fikir ayrılığından xəbər verir:

“Hətta bəzi parlamentarilərlə Paşinyan arasında qarşıdurma getdikcə dərinləşir. Mənim Addımım Blokundakı fərqli fikir sahibləri sözsüz ki, bundan sonra da bənzər bəyanatlarla çıxış edəcəklər. Bu isə özlüyündə qütbləşməni dərinləşdirəcək və Paşinyanın blokundan qopmaları sürətləndirəcək. Belə ki, artıq Karen Köçəryanı fraksiyadan qopmuş hesab etmək olar”.

Sabiq dövlət müşavirinin fikrincə, ölkədə əsas müxalifət funksiyasını yerinə yetirən Respublikaçılar və Daşnaksütyun partiyalarının zəifliyi bu prosesi daha da intensivləşdirəcək:

“Bu zaman yeni müxalifətin yaranmasını müəyyən qüvvələr öz üzərinə götürəcək. Keçmiş prezident Serj Sərkisyan haqqında cinayət işi qaldırıla biləcəyindən ehtiyatlanaraq partiya işinə ciddi önəm vermir. Bu isə tədricən Respublikaçılar Partiyasının sıralarından qopmalara və onların başqa formada təşkilatlanmasına gətirib çıxara bilər. Çünki bu partiya ölkədə siyasi müxalifət funksiyasını öz üzərinə götürmək iqtidarında deyil. Eyni proses, yəni parçalanma Daşnaksütyun və Çiçəklənən Ermənistan Partiyalarında da müşahidə ediləcək”.

Q.Hüseynli beləliklə sözügedən partiyalardan ayrılan qüvvələrin yeni mərkəzinin formalaşdırıla biləcəyini istisna etməyib:

“Bu isə o deməkdir ki, üzü payıza doğru Ermənistanda siyasi proseslər yenidən güclənəcək və hökumətə müxalif yeni siyasi partiya yaranacaq. Çünki Paşinyanın reytinqi aşağı düşdükcə güclü müxalifətin yaranması zərurəti artır. Yeni siyasi qüvvələrin aparıcı hissəsini Respublikaçılar Partiyasından qopanlar təşkil edəcək. Bunun da səbəbi gərgin günlərini yaşayan partiyanın dağılmaq üzrə olması ilə bağlıdır. Onların hətta Paşinyanın bloku ilə anlaşması və ayrıca bir partiya halında birləşməsi ehtimalı olduqca yüksəkdir. Üstəlik, Ermənistanda siyasi fəaliyyəti olmayan böyük bir kəsim də yeni yaranacaq müxalif partiyaya dəstək nümayiş etdirə bilərlər”.

Tarix
2019.04.13 / 14:20
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla