Yuxarı

Kuznetsovdan Qarabağ açıqlaması: Məhv etmək...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kuznetsovdan Qarabağ açıqlaması: Məhv etmək...

ABŞ ərazisində Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın xeyrinə danışıqlar yolu ilə həll edilməsi mümkün deyil.

Bu sözləri Axar.az-a rus tarixçi və politoloq Oleq Kuznetsov rəsmi Vaşinqtonun Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti görüşünün ABŞ-da keçirilməsi haqda olan təklifini şərh edərkən deyib.

“Dağlıq Qarabağ münaqişəsinin həllində ABŞ-ın roluna gəldikdə, eyni şeyi söyləyəcəyəm. 1992-ci il noyabrın 24-də ölkədə Azadlığın Müdafiəsi Aktı adlı bir milli qanun qəbul edildi. Bu qanunun 907-ci maddəsinin rus dilinə tərcüməsində məzmunu kontekstdə belə görünür: ABŞ hökuməti Ermənistan və Dağlıq Qarabağa iqtisadi blokada tətbiq olunduğu və digər zorakılıq aktları törədildiyi müddətdə Azərbaycan hökumətinə texnoloji və hərbi-texniki yardım göstərməyəcək”, – deyə politoloq bildirib.

Ekspertin sözlərinə görə, Amerika, Rusiyadan və Fransadan fərqli olaraq, qanunvericilik səviyyəsində uzun illərdir ki, Qarabağ separatçılarına açıq dəstək verir:

“Dövlət katibi Pompeo da ABŞ-da dialoqun və müzakirələrin gedişatının növbəti mərhələsində Azərbaycan nümayəndə heyətini Qarabağ məsələsində güzəştə çağıracaq.

ABŞ-ı Dağlıq Qarabağ siyasətini dəyişməyə məcbur etmək üçün yalnız bir yol var: Vyetnamın zamanında Sayqonu məhv etdiyi kimi, bu terrorçu qondarma dövləti müharibə yolu ilə məhv etmək.

ABŞ ərazisində Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın xeyrinə danışıqlar yolu ilə həll edilməsi mümkün deyil”.

Tarix
2019.04.19 / 15:13
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

Avropa Birliyinin səfiri Azərbaycan dilini öyrənir

Nəcibə Nəsibova bu universitetə rektor təyin olundu

“Azərpoçt”da böyük kadr dəyişikliyi - Siyahı

İranın AzTV-yə qarşı addımı ilə bağlı bəyanat yayıldı

Bu türk ölkəsi ilə 5 ildə ticarət 13 dəfə artıb

Fransanın bu bəyanatları qəbuledilməzdir - XİN

KMBİ fişinq şəbəkəsinin daha iki üzvü saxlanıldı - DİN

İlham Əliyev bu liderlərlə Qolf Klubunun açılışında - Foto

Axtarışda olan şəxs Azərbaycana ekstradisiya olunur

Çolpon-Atada Əliyevin səfərinə həsr olunmuş banner

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla