Yuxarı

Bu şəxslərin müavinəti artırıldı - 5 sərəncam, 3 fərman

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

16:49

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin daxili işlər orqanları (polis) və daxili qoşunları üçün kadrların hazırlanması haqqında Saziş”in icrası ilə bağlı səlahiyyətli orqanın müəyyən edilməsi barədə sərəncam imzalayıb.

Axar.az sərəncamın mətnini təqdim edir:

1. Müstəqil Dövlətlər Birliyi Hökumət Başçıları Şurasının Yalta şəhərində keçirilmiş 2007-ci il 25 may tarixli iclasında imzalanmış “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin daxili işlər orqanları (polis) və daxili qoşunları üçün kadrların hazırlanması haqqında Saziş”i Azərbaycan Respublikası tərəfinin həyata keçirməsi ilə bağlı səlahiyyətli orqan qismində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi müəyyən edilsin.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən Sazişin Azərbaycan Respublikası tərəfinin həyata keçirməsi üzrə səlahiyyətli orqanın müəyyən edildiyi barədə Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsinə bildiriş göndərsin.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Yol hərəkəti haqqında” və “Notariat haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 17 may tarixli 1594-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Yol hərəkəti haqqında” və “Notariat haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Yol hərəkəti haqqında” və “Notariat haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurası üzvlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Aşağıdakı şəxslər “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti Müşahidə Şurasının üzvləri təyin edilsinlər:

İnam Kərimov – Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri

Xalid Əhədov – Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

“Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 1, maddə 53, № 2, maddə 187; 2018, № 4, maddə 671) aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci hissədə “40,0 (qırx)” sözləri “60,0 (altmış)” sözləri ilə əvəz edilsin;

2. 1-3-cü hissədə “22,0 (iyirmi iki)” sözləri “33,0 (otuz üç)” sözləri ilə əvəz edilsin.

***

İlham Əliyev Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında təhsil infrastrukturunun yenidən qurulması məqsədilə qərara alıram:

1. Respublika ərazisində modul tipli məktəblərin quraşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.16.2-ci yarımbəndində göstərilmiş 18,0 (on səkkiz) milyon manat vəsait Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ayrılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

***

İlham Əliyev Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi və təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir: Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası işlərinin davam etdirilməsinin vacibliyini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Bakı şəhəri və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.17.1-ci yarımbəndində göstərilmiş 40.0 (qırx) milyon manat vəsait Bakı Şəhər İcra Hakimiyyətinə ayrılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

***
İlham Əliyev “Auditor xidməti haqqında”, “İnvestisiya fəaliyyəti haqqında”, “Müflisləşmə və iflas haqqında”, “Kiçik sahibkarlığa dövlət köməyi haqqında”, “Yeyinti məhsulları haqqında”, “Notariat haqqında”, “Kredit ittifaqları haqqında” və “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 3 may tarixli 1585-VQD nömrəli Qanununun tətbiqi və "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 18 yanvar tarixli 261 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Auditor xidməti haqqında”, “İnvestisiya fəaliyyəti haqqında”, “Müflisləşmə və iflas haqqında”, “Kiçik sahibkarlığa dövlət köməyi haqqında”, “Yeyinti məhsulları haqqında”, “Notariat haqqında”, “Kredit ittifaqları haqqında” və “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 3 may tarixli 1585-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Auditor xidməti haqqında”, “İnvestisiya fəaliyyəti haqqında”, “Müflisləşmə və iflas haqqında”, “Kiçik sahibkarlığa dövlət köməyi haqqında”, “Yeyinti məhsulları haqqında”, “Notariat haqqında”, “Kredit ittifaqları haqqında” və “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Auditor xidməti haqqında”, “İnvestisiya fəaliyyəti haqqında”, “Müflisləşmə və iflas haqqında”, “Kiçik sahibkarlığa dövlət köməyi haqqında”, “Yeyinti məhsulları haqqında”, “Notariat haqqında”, “Kredit ittifaqları haqqında” və “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 18 yanvar tarixli 261 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 40; 2001, № 10, maddə 640; 2002, № 8, maddə 478; 2003, № 6, maddə 290; 2005, № 8, maddə 717; 2006, № 1, maddə 9, № 7, maddə 590; 2007, № 6, maddə 606; 2008, №3, maddə 174; 2009, № 1, maddə 9, № 2, maddə 71; 2010, № 7, maddə 610; 2011, № 9, maddə 795, № 12, maddə 1128; 2019, № 2, maddə 208) 3-cü hissəsinin altıncı abzasında “ikinci” sözü “üçüncü” sözü ilə əvəz edilsin.

***

İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli, “Elektron ipoteka və kredit zəmanət” sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2018-ci il 1 may tarixli 30 nömrəli və “Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizminin yaradılması haqqında” 2019-cu il 25 yanvar tarixli 488 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikasının 2019-cu il 25 yanvar tarixli 488 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə qərara alıram:

1. “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (I kitab) maddə 2328; 2018, № 5, maddə 897, № 8, maddə 1690; 2019, № 1, maddə 60, № 3, maddələr 411, 416) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 3.2-ci bənddə “mexanizminin” sözü “və yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmlərinin” sözləri ilə əvəz edilsin;

1.2. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi” üzrə:

1.2.1. 1.1-ci bənddə “mexanizminin” sözü “və yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmlərinin” sözləri ilə əvəz edilsin;

1.2.2. 2.1-ci bəndə “təmin edilməsi” sözlərindən sonra “və yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi” sözləri əlavə edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 may tarixli 30 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 5, maddə 898, № 10, maddə 1991) ilə təsdiq edilmiş “Elektron ipoteka və kredit zəmanət” sistemi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

2.1. 1.1-ci bənddən “habelə” sözü çıxarılsın, həmin bəndə “1760 nömrəli” sözlərindən sonra “, “Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizminin yaradılması haqqında” 2019-cu il 25 yanvar tarixli 488 nömrəli” sözləri və “(bundan sonra – faiz subsidiyaları)” sözlərindən sonra “, habelə yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə” sözləri əlavə edilsin;

2.2. 2.1.2-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“2.1.2. ərizəçi – Azərbaycan Respublikasının vətəndaşı olan, ipoteka krediti almaq istəyən və ya satmaq öhdəliyi ilə kirayə müqaviləsinin (bundan sonra – kirayə müqaviləsi) bağlanılması üçün müraciət edən şəxs və ya sahibkarlıq krediti almaq üçün müraciət edən rezident sahibkar;”;

2.3. 2.1.3-cü və 6.1.4-cü yarımbəndlərdə “kredit almaq istəyən şəxs” sözləri “ərizəçi” sözü ilə əvəz edilsin və 2.1.3-cü yarımbəndə “qiymətləndirici” sözündən sonra “və bu Əsasnamənin 8.2-1-ci bəndinə münasibətdə Fond” sözləri əlavə edilsin;

2.4. 2.1.5-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“2.1.5. dosye – elektron sistem istifadəçilərinin yaratdığı və ərizəçinin bu Əsasnamə ilə tələb olunan məlumatlarını əks etdirən sənədlər toplusu.”;

2.5. 3.1-ci bənddə “ipoteka və sahibkarlıq kreditlərinə” sözləri “Fondun həyata keçirdiyi xidmətlərə” sözləri ilə və “kredit almaq istəyən şəxslər” sözləri “ərizəçilər” sözü ilə əvəz edilsin;

2.6. 4.5-ci bəndin ikinci cümləsində “6.1.3-cü” sözləri “6.1.3-1-ci” sözləri ilə əvəz edilsin, üçüncü cümləsinə və 7.0.13-cü yarımbəndə “məlumatların” sözündən sonra “, o cümlədən kommersiya və (və ya) vergi sirrini təşkil edən məlumatların” sözləri əlavə edilsin;

2.7. 6.1.1-ci yarımbəndə “ipoteka kreditləri üzrə təminatların” sözlərindən sonra “verilməsi, kirayə müqaviləsinin bağlanılması” sözləri əlavə edilsin;

2.8. aşağıdakı məzmunda 6.1.3-1-ci yarımbənd əlavə edilsin:

“6.1.3-1. satmaq öhdəliyi ilə kirayəyə verilməsi məqsədilə Fondun mülkiyyətində olan yaşayış sahələri barədə ətraflı məlumatın olması (binanın və ya yaşayış evinin ünvanı, yaşayış sahəsinin sayı, yerləşdiyi mərtəbə, mənzilin sahəsi, otaqların sayı, plan-cizgisi, aylıq ödənişi və s.) və bu məlumatlar üzrə istifadəsi sadə olan axtarış imkanının yaradılması, o cümlədən kirayə müqaviləsi bağlamaq üçün müraciət etmiş şəxsin imkanının kirayə kalkulyatoru vasitəsilə ilkin olaraq müəyyənləşdirilməsi;”;

2.9. 6.1.5-ci yarımbəndə “müvəkkil bank” sözlərindən sonra “, kirayə müqaviləsi bağlamaq üçün müraciət etmiş şəxslərin isə Fond” sözləri əlavə edilsin;

2.10. 6.1.6-cı yarımbənddə “kredit almaq istəyən şəxsin müvafiq olaraq” sözləri “ərizəçinin müvafiq olaraq Fonda və ya” sözləri ilə əvəz edilsin;

2.11. 6.1.7-ci yarımbəndə “ipoteka kreditləri üzrə təminatların” sözlərindən sonra “verilməsi, kirayə müqaviləsinin bağlanılması” sözləri əlavə edilsin və həmin yarımbənddə “6.2-ci və 6.3-cü” sözləri “6.2-6.3-cü” sözləri ilə əvəz edilsin;

2.12. aşağıdakı məzmunda 6.1.7-1-ci yarımbənd əlavə edilsin:

“6.1.7-1. kirayə müqaviləsinin bağlanılması üçün qeydə alınmış müraciətlərə və kirayə müqaviləsi bağlamaq üçün müraciət edən şəxsin imkanına uyğun olaraq, növbəlilik əsasında yaşayış sahələrini seçmək imkanının yaradılması və seçilmiş yaşayış sahələrini digər şəxslərin seçməsi imkanının məhdudlaşdırılması;”;

2.13. 6.1.8-ci yarımbəndə “sığorta ödənişlərinin,” sözlərindən sonra “kirayə müqaviləsi üzrə aylıq ödənişlərin,” sözləri əlavə edilsin;

2.14. aşağıdakı məzmunda 6.2-1-ci bənd əlavə edilsin:

“6.2-1. Kirayə müqaviləsinin bağlanılması ilə əlaqədar aşağıda qeyd olunan məlumatların elektron sistemə ötürülməsi təmin edilir:

6.2-1.1. kirayə müqaviləsini bağlamaq üçün müraciət edən şəxsin şəxsiyyətini təsdiq edən sənəd üzrə məlumatlar;

6.2-1.2. kirayə müqaviləsini bağlamaq üçün müraciət edən şəxsin nikah (və ya nikahın pozulması) haqqında şəhadətnaməsi üzrə məlumatlar;

6.2-1.3. kirayə müqaviləsini bağlamaq üçün müraciət edən şəxsin iş yerini və gəlirlərini təsdiq edən məlumatlar;

6.2-1.4. kirayə müqaviləsini bağlamaq üçün müraciət edən şəxsin ailə tərkibi barədə məlumatlar;

6.2-1.5. kirayə müqaviləsini bağlamaq üçün müraciət edən şəxsin vergi orqanları tərəfindən qəbul olunmuş gəlir vergisi və ya sadələşdirilmiş vergi bəyannaməsi;

6.2-1.6. kirayə müqaviləsini bağlamaq üçün müraciət edən şəxsin kredit bürolarında saxlanılan məlumatları;

6.2-1.7. kirayə müqaviləsini bağlamaq üçün müraciət edən şəxsin sosial sığorta ödənişləri barədə məlumatlar;

6.2-1.8. kirayə müqaviləsini bağlamaq üçün müraciət edən şəxsin məhkumluğunun olması (olmaması) barədə məlumatlar;

6.2-1.9. satmaq öhdəliyi ilə kirayəyə veriləcək yaşayış sahələri ilə bağlı ünvan reyestrindən məlumatlar.”;

2.15. 6.3.10-cu yarımbənddə “kredit almaq istəyən şəxsin” sözləri “sahibkarın (fərdi sahibkarın və ya qanuni təmsilçisinin)” sözləri ilə əvəz edilsin;

2.16. 6.5-ci bənddə “6.2-ci və 6.3-cü” sözləri “6.2-6.3-cü” sözləri ilə əvəz edilsin;

2.17. aşağıdakı məzmunda 8.1-1-ci bənd əlavə edilsin:

“8.1-1. Kirayə müqaviləsini bağlamaq üçün müraciət edən şəxslər aşağıdakı istifadə imkanlarına malikdirlər:

8.1-1.1. elektron kabinet yaratmaq;

8.1-1.2. kirayə müqaviləsini bağlamaq üçün tələb olunan sənədlərin siyahısı və şərtlər barədə məlumat almaq;

8.1-1.3. kirayə müqaviləsi bağlamaq imkanını kirayə kalkulyatoru proqramı vasitəsilə ilkin olaraq müəyyənləşdirmək;

8.1-1.4. Fonda elektron müraciəti real vaxt rejimində göndərmək;

8.1-1.5. kirayə müqaviləsi üzrə ödənişləri elektron formada həyata keçirmək;

8.1-1.6. axtarış sistemi vasitəsilə yaşayış sahələrini bu Əsasnamənin 6.1.3-1-ci yarımbəndində müəyyən edilmiş meyarlara əsasən axtarmaq və imkanına uyğun yaşayış sahəsini seçmək.”;

2.18. 8.2.4-cü və 8.4.4-cü yarımbəndlərdə (hər iki halda) ismin müvafiq hallarında “kredit işi” sözləri ismin müvafiq hallarında “dosye” sözü ilə əvəz edilsin;

2.19. aşağıdakı məzmunda 8.2-1-ci bənd əlavə edilsin:

“8.2-1. Kirayə müqaviləsinin bağlanılması üzrə Fond aşağıdakı istifadə imkanlarına malikdir:

8.2-1.1. kirayə müqaviləsini bağlamaq üçün müraciət edən şəxslərin müraciətlərini növbəlilik əsasında qeydiyyata almaq, müraciət edən şəxslə münasib görüş vaxtını təyin etmək;

8.2-1.2. kirayə müqaviləsinin bağlanılması ilə bağlı müvafiq qərar qəbul edildiyi gün bunu müraciət edən şəxsə bildirmək;

8.2-1.3. kirayə müqaviləsi bağlamış şəxslərin dosyesini yaratmaq, redaktə etmək, dosye üzrə sənədlərin surətlərini elektron sistemə daxil etmək;

8.2-1.4. satmaq öhdəliyi ilə kirayəyə verilməsi məqsədilə mülkiyyətində olan yaşayış sahələri barədə məlumatı elektron sistemə daxil etmək;

8.2-1.5. kirayə müqaviləsinin bağlanılması üçün tələb olunan və bu Əsasnamənin 6.2-1-ci bəndində nəzərdə tutulmuş məlumatları almaq;

8.2-1.6. elektron sistem üzrə aidiyyəti statistik məlumatlardan və hesabatlardan istifadə etmək.”;

2.20. 8.5.1-ci yarımbənddə “kredit almaq istəyən şəxslər” sözləri “ərizəçi” sözü ilə və 9.5-ci bənddə “Kredit almaq istəyən şəxslər” sözləri “Ərizəçi” sözü ilə əvəz edilsin;

2.21. 9.4-cü bənddən “fərdi məlumatlar sahəsində” sözləri çıxarılsın;

2.22. 9.6-cı bənddə “ərizəçinin” sözü “elektron sistemin digər istifadəçisinin” sözləri ilə əvəz edilsin;

2.23. 10.3-cü bəndə “ipoteka kreditləri üzrə təminatların” sözlərindən sonra “verilməsinə, kirayə müqaviləsinin bağlanılmasına” sözləri əlavə edilsin.

3. “Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 yanvar tarixli 488 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 1, maddə 78) 3-cü hissəsinə “Fondu” sözündən sonra “bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydaya uyğun olaraq yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi üzrə vətəndaşlara göstərilən xidmətlərin “ASAN xidmət” mərkəzləri vasitəsilə həyata keçirilməsini təşkil etsin və” sözləri əlavə edilsin.

Tarix
2019.06.10 / 18:46
Müəllif
Axar.az
Digər xəbərlər

Berbokdan COP29-la bağlı açıqlama

Azərbaycan-Türkiyə münasibətlərində nə baş verir?

Ağdamın azad olunması müharibənin dönüş nöqtəsi idi

Bağırmağın mənası yoxdur: "İndi vuracağıq..."

Bakı Haaqa Məhkəməsinə İrəvanla bağlı müraciət etdi

Blinken Fidanla görüşdü: Cənubi Qafqazda sülh...

Serj Vilmes Azərbaycana gəldi

ATACMS-la zərbəyə Tramp razılıq verib? – Arkov

Nikol niyə nazirləri işdən çıxarıb, Vatikana uçdu?

Xahiş etdi, onunla görüşdüm... - Hikmət Hacıyev

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla