Yuxarı

Paşinyan gürcülərin çörəyini əlindən almaq istəyir

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada Gürcüstana qarşı iqtisadi sanksiyalar məsələsinin qaldırılmasından sonra Ermənistanda rus rəflərindəki gürcü şərabını özlərininki ilə əvəz etmək ideyası alovlanıb. Belə deyək, başqasının bədbəxtliyi üzərində özlərinə xoşbəxtlik qururlar.

Bu yaxınlarda Ermənistanın lideri Nikol Paşinyan ölkənin şərab istehsalı ilə bağlı bəyan edib: “Ermənistanda son dövrlərdə şərabçılıq sahəsi yenidən dirçəliş dövrünü yaşayır. Buna baxmayaraq, sözügedən sahənin inkişaf tempini aşağı salan problemlər hələ də qalır”.

Erməni ekspertlər isə hesab edirlər ki, bu gün Gürcüstanda baş verənlər Ermənistanın ağır vəziyyətdə olan iqtisadiyyatına hansısa formada kömək edə bilər.

Məsələ burasındadır ki, Moskva-Tiflis münasibətlərindəki növbəti gərginlik Gürcüstandan Rusiyaya şərab, su idxalının, həmçinin pul köçürmələrinin qadağan edilməsi ilə nəticələnə bilər. Ermənistan bu mümkün ssenaridən pul qazanmağa çalışır.

Axar.az xəbər verir ki, sözügedən məsələyə erməni iqtisadçı Suren Parsyan münasibət bildirib.

“Gürcü şərabını sevən insan erməni şərabını içməyəcək. Arada müəyyən dad fərqi var. Bu şərablar fərqli seqmentdə yer alır və bir-biri ilə rəqabət aparmır”, - Parsyan qeyd edib.

Onun sözlərinə görə, Rusiyada gürcü şərabları erməni şərabı ilə müqayisədə daha məşhurdur.

Burada bizim “cəfakeş” qonşularımıza xatırlatmaq istərdik ki, başqasının bədbəxtliyi üzərində xoşbəxtlik qurmaq mümkün deyil. Bunu Azərbaycan torpaqlarını işğal etdikdən sonra Ermənistanın düşdüyü vəziyyət də təsdiq edir: iqtisadi blokada, böhran, yüksək immiqrasiya, aşağı maaş və təqaüdlər...

Tarix
2019.07.10 / 15:51
Müəllif
Əli, Orxan
Digər xəbərlər

Görün, Azərbaycana kimlər “petrostate” deyir…

Bayramov NATO Baş katibinin köməkçisi ilə görüşdü

Maldivlə sənəd imzalandı: Bu şəxslər vizadan azad edildi

İsrail prezidentinin Azərbaycana gələcəyi tarix açıqlandı

Tulia Ekson Azərbaycana gəldi

Putin İlham Əliyevə zəng etdi

Azərbaycan XİN-dən Fələstinlə bağlı paylaşım - Foto

İrəvan Bakıya bununla bağlı təklif göndərib - Xandanyan

İlin sonuna kimi sülh sazişi imzalanacaq? - Rəsmi

Bəzi dünya liderləri COP29-da iştirak etmədi - Bayramov

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla