Yuxarı

Dişini qıcamış çoxluq bu anı gözləyir – Politoloq

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dişini qıcamış çoxluq bu anı gözləyir – Politoloq

Cavad Zərifin sanksiya siyahısına salınması Vaşinqton və Tehran arasında diplomatiya qapısının ən azı bu mərhələdə qapanması anlamına gəlir.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Şahin Cəfərli ABŞ-ın İranın Xarici İşlər naziri Cavad Zərifi sanksiya siyahısına salması haqqında danışarkən deyib. O bildirib ki, ABŞ-ın bu qərarı İran xarici siyasətində kompromissiz xəttin tərəfdarı olan mühafizəkarların mövqelərini daha da möhkəmləndirəcək:

“Tramp ötən günlərdə gözlənilməz gediş edərək, senator Rend Polaya İran tərəfi ilə qeyri-rəsmi danışıqlar aparmaq üçün səlahiyyət verdi. R.Pol ABŞ-ın ənənəvi müdaxiləçi xarici siyasətinin qatı əleyhdarı olan, İran, Rusiya və digər bu tip rejimlərlə anlaşmağı zəruri sayan siyasətçidir. O, bir neçə gün əvvəl C.Zərif ilə görüşdü. Görünür, bu görüşdən sonra Tramp Tehranın hər hansı güzəştə getməyəcəyinə və bu ölkədəki “islahatçı” qanadın nəyisə dəyişdirmək gücündə olmadığına tam əminlik hasil edib. Beləliklə, R.Polun qısamüddətli sülh missiyası uğursuzluqla nəticələndi”.

Politoloq ABŞ-ın Rusiya və Qərbi Avropanın birgə layihəsi olan “Şimal axını 2” qaz boru kəmərinə qarşı sanksiyalar tətbiq etməsinə də münasibət bildirib:

“Vaşinqtondan gələn başqa bir önəmli xəbər Rusiya və Qərbi Avropanın birgə layihəsi olan “Şimal axını 2” qaz boru kəmərinə qarşı sanksiyaları nəzərdə tutan qanun layihəsinin Senatın Beynəlxalq əlaqələr komitəsindən keçməsidir (lehinə 20, əleyhinə 2 səs). Sənədin qanunlaşması üçün növbəti mərhələlər belədir: layihə Senatın ümumi yığıncağında qəbul olunduqdan sonra Nümayəndələr Palatasına göndəriləcək. Orada dişini qıcamış demokrat çoxluq bunu çoxdan gözləyir. Palatanın müvafiq komitəsində və ümumi toplantısında qəbul edildikdən sonra qanun layihəsi prezidentin təsdiqinə təqdim olunacaq.

Respublikaçıların liderlərindən biri Ted Kruzun həmmüəlliflik etdiyi sənəddə “Şimal axını 2” layihəsini həyata keçirən hüquqi və fiziki şəxslərə sanksiyaların tətbiqi əksini tapıb. Layihəni həyata keçirən konsorsiuma Avstriya, Fransa, Britaniya-Niderland, Almaniya şirkətləri daxildir. Boru kəmərini döşəyənlər isə İtaliyanın “Saipem” və İsveçrənin “Allseas” şirkətləridir. Bunlar dərin dənizlərin dibindən boru xətti çəkmək üçün texnoloji imkanlara sahib tək-tük şirkətlərdir və demək olar ki, alternativsizdirlər. Sanksiyalar ilk növbədə bunlara şamil olunacaq ki, kəmərin çəkilişi dayansın”.

Ş.Cəfərli onu da əlavə edib ki, sanksiya qanunu qəbul olunub, prezident tərəfindən imzalanarsa, transatlantik münasibətlərdə gərginlik yaranacaq. Amma Tramp istəsə, Senatdakı respublikaçı çoxluğun lideri Makkonnel vasitəsilə layihənin qəbulunu ləngidə bilər.

Tarix
2019.08.01 / 11:03
Müəllif
Mahir Ələkbərov
Digər xəbərlər

Bu ölkələrin XİN-ləri Azərbaycanı təbrik etdi

Müharibələr Azərbaycanın yan-yörəsini əhatə edib - Prezident

Əzab-əziyyətə baxmayaraq, Azərbaycan xalqı əyilmədi

Əsl müstəqillik o vaxt olur ki... – İlham Əliyev

Dünya liderləri İlham Əliyevi təbrik edir

Prezident Böyük Qaladərəsi kəndində sakinlərlə görüşdü

İlham Əliyev Xankəndidəki Zəfər parkında - Foto

İlham Əliyev Xocalıda bu MMC-nin açılşında iştirak etdi

AXC-nin 1 yaşı necə keçib? - Əli Yusifin 1919-ci il yazısı

İlham Əliyev Xocalıda hərbçilər üçün tikilən evlərlə tanış oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla