Yuxarı

Rusiya G8-ə hansı halda qayıda bilər? – Politoloq

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya G8-ə hansı halda qayıda bilər? – Politoloq

Ukrayna prezidentinin çağırışı Rusiya üçün demək olar ki, heç bir əhəmiyyət kəsb etmir.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə Ukrayna Prezidenti Vladimir Zelenskinin Rusiyaya G8-lə bağlı çağırışına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, G8-ə qayıtmaq Rusiya üçün Krımdan daha vacib deyil:

“Rusiya G8-ə qayıtmağa can atsaydı, çoxdan Krımı qaytarmış, Donbasdakı məsələni həll etmişdi. Amma görünür ki, Rusiya üçün prioritetlər başqadır. G8-ə qayıtmaq məsələsi Qərb siyasətçiləri tərəfindən səsləndirilir. Rusiya bu illər ərzindən heç vaxt G8-ə qayıtmaqla bağlı açıqlama verməyib. Yəni Rusiya üçün bu, bir nömrəli məsələ deyil. Düşünürəm ki, bütün bu söz-söhbətlər Rusiyanı bu məsələyə cəlb etməyə istiqamətlənib və şirnikləndirici xarakter daşıyır”.

İ.Vəlizadə Rusiyanın G8-ə qayıtmasının yalnız Qərb siyasətçilərinin yanaşmasının dəyişməsi nəticəsində mümkün ola biləcəyini söyləyib:

“G8-ə qayıtmaq məsələsi konsensus şəklində həll olunmalıdır. G8 ölkələri birmənalı olaraq Rusiyaya təzyiq etməlidir ki, qayıtsın. İndiki şəraitdə bunun mümkün olmadığını Rusiya da başa düşür. Buna görə də Rusiya gözləmə mövqeyində dayanıb. G8 ölkələri öz siyasi maraqları nöqteyi-nəzərindən bu addımı mümkün hesab etsələr, Rusiya bu barədə düşünə bilər. G8-ə qayıtmaq Rusiyanın məsələsi deyil və onun istəyi əsasında həll oluna bilməz. Bu, sırf Qərb siyasətçilərin Rusiyaya yanaşmasıdır. Əgər bu yanaşma kəskin dəyişilsə, Rusiya bunu hiss etsə, G8-ə qayıtmaq məsələsi yenidən gündəmə gələ bilər”.

Qeyd edək ki, bundan əvvəl Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın Krımı qaytaracağı və Donbasda konflikti dayandıracağı halda G8-ə dönə biləcəyini deyib. O, G8-ə qayıtmaq üçün Rusiyanın girov saxladığı ukraynalı dənizçiləri də azad etməsi gərəkdiyini bildirib.

Tarix
2019.08.23 / 11:35
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Ceyhun Bayramov Hakan Fidanla Ər-Riyadda görüşdü

Prezidentin Xanobaya səfəri ilə bağlı paylaşım... - Video

SEPAH və “Bəsic” üzvlərinə İsraildən bu mesaj gəldi

Alyona Əliyeva Novruz yarmarkasını ziyarət etdi

SEPAH yeni hədəfini elan etdi: Bölgə od içində qalacaq!

Mənsimov Monteneqrodan Azərbaycana ekstradisiya edildi

Hikmət Hacıyev Makronun müşaviri ilə görüşdü

Bu, böyük xoşbəxtlikdir - İlham Əliyev

Laricani öldü - İranda nə dəyişəcək?

İranın Azərbaycandakı səfirinin evi vuruldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla