Yuxarı

Erməni ekspertdən etiraf: Bakıya uduzuruq

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Erməni ekspertdən etiraf: Bakıya uduzuruq

Ermənistan xarici siyasət sferasında zəifdir. Hakimiyyət xarici siyasət məsələlərini buraxıb, daha çox daxili siyasət məsələləri, yalançı gündəmin formalaşdırılması ilə məşğuldur.

Axar.az xəbər verir ki, bunu “Tert.am”a açıqlamasında erməni politoloq Qagik Ambaryan deyib.

“Qarabağla dostluq münasibətləri quran Fransa şəhərləri mövcud kontraktların hamısını ləğv etdilər, ABŞ Konqresində Qarabağa yardımın verilib-verilməməsi müzakirə edilir, Moskva ilə münasibətlər qaydasında deyil. Biz Türkiyənin Naxçıvana münasibətdə ambisiyalarını görməzdən gəlirik. Problemlər çoxdur, amma hakimiyyət üçün əsas hakimiyyətini qorumaqdır. Paşinyan hakimiyyətə təcrübəsiz komandasıyla gəldi, səhvlər buraxdı və indi bundan onun opponentləri yararlanır.

Xarici İşlər naziri Zöhrab Mnatsakanyan daha çox partizan stilində çalışır. Buna görə mediada Mnatsakanyandan sonra müdafiə naziri, polis rəisi və Milli Təhlükəsizlik Xidməti rəisi peyda olub. Diplomatiya ictimailiyi sevir. Ona görə də Azərbaycan və Türkiyə daha aqressiv və açıq diplomatiya tətbiq edirlər. Mnatsakanyanın işlərinin nəticələrini göstərməsi yaxşı olardı. Şarl Aznavur ölən kimi Fransa məhkəmələri Qarabağla bağlı imzalanan memorandumları ləğv etdi”, - deyə o bildirib.

Ambaryan Paşinyanın ən rusiyayönlü siyasətçi olduğunu, amma Moskvanın hələ ona inanmadığını deyib:

“Ehtiyatlı olmağı məsləhət görərdim. Biz Rusiyadan Ermənistanda baza saxlamağı xahiş edirik. Bütün keçmiş prezidentlər yaxşı bilirlər ki, Ermənistan bu bazadan imtina edəcəyi halda hansı çağırışlarla üz-üzə qala bilər. Rusiya və Rusiya prezidentinin ünvanına sərt bəyanatlar səsləndirəndə heç kim unutmasın ki, rifahımız bu ölkədən asılıdır”.

Tarix
2019.08.24 / 15:12
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Hakan Fidan bu fotonu şərh etdi: Qardaşdan da yaxın...

Vuçiç İlham Əliyevə zəng etdi

Bakı və İrəvan arasında tezliklə... - Hakan Fidan

İrana hücum Epşteyndən qaçmaq üçün acınacaqlı cəhddir

İsrail Livanla bərabər, daha bir ölkədə işğalı genişləndirdi

Türkiyə Ermənistanla sərhədi açmağa tələsir - Səbəb

Erməni riyakarlığı: xəritəni bu cür saxtalaşdırıblar - Foto

Ceyhun Bayramov Tailanda getdi

Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdən danışdı

Corciya Meloni Bakıya səfərə hazırlaşır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla