Yuxarı

Şoyqu niyə Bakıya İrəvandan gəldi? – Felgenhauer

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan KTMT-dəki tərəfdaşlarından özü üçün qəbul olunan cavabı ala bilməyəcək. Rusiya Azərbaycana silah tədarükünü Bakının təkcə ondan yox, istənilən ölkədən silah almaq və “canlı” pullarla ödəniş etmək imkanını nəzərə alaraq davam etdirəcək. Nə olsun ki, Ermənistan Rusiyanın strateji müttəfiqidir? Azərbaycan da Rusiya üçün vacibdir.

Axar.az xəbər verir ki, bunu “Moskva-Baku” portalına müsahibəsində rusiyalı hərbi ekspert Pavel Felgenhauer deyib.

“Həm Ermənistan, həm də Azərbaycan Rusiya üçün strateji baxımdan vacibdir. Moskva Azərbaycan və Ermənistanın SSRİ-dəki kimi bir yerdə olması, rusiyayönlü vektoru qoruyub saxlaması barədə siyasətinə sadiq qalır. Bu o deməkdir ki, hətta əgər Ermənistan iddialar irəli sürsə belə, heç bir halda Azərbaycanla mübahisə edib, onu həm də silah tədarükü məsələsində digər ölkələrin qucağına itələmək olmaz.

Azərbaycan regionda böyük silah idxalçısıdır. O, Rusiya, İsrail, Pakistan, Türkiyədən silah alır. Məncə, amerikalılar da Azərbaycana öz məhsullarını satmağa hazır idilər, amma erməni lobbisi ABŞ-da çox güclüdür. Ermənistan Rusiya kreditləri hesabına silah alır, sonradan bununla bağlı ödənişi öz mülki hesabına edir. Azərbaycan isə ödəniş etməyə hazırdır. Əlbəttə, Azərbaycana iqtisadi baxımdan silah satmaq sərfəlidir, digər tərəfdən isə Rusiyanın Cənubi Qafqazda çox vacib geostrateji maraqları var. Düzdür, Ermənistan müttəfiqdir, amma Azərbaycan da önəmlidir və balansı saxlamaq lazımdır. KTMT-dəki tərəfdaşları Ermənistanı dinləyəcəklər, amma heç bir praktik nəticə olmayacaq”, - o bildirib.

O, Rusiyanın Ermənistan Baş naziri Nikol Paşinyana rəngli inqilab məhsulu, qərbyönlü adam kimi baxdığını və Moskvanın İlham Əliyevə daha yaxın olduğunu deyib. Bununla belə, Felgenhauer MDB müdafiə nazirlərinin Bakı görüşünün formal razılıq olmasına rəğmən keçirilməsinin Moskvanın İrəvana mesajı olduğunu deyib:

“Moskva situasiyanı güclü şəkildə gərginləşdirmək istəmir. Bakıya gəlməzdən öncə Şoyqu Ermənistana balansı saxlamaq və İrəvanın xətrinə dəyməmək üçün uçdu. Moskva istəmir ki, Azərbaycan və Ermənistan Gürcüstan kimi Qərbə getsin”.

Hərbi ekspert həmçinin 102-ci bazanın hərbi potensialının iki dəfəyə qədər artırılmasının Azərbaycana qarşı olmadığını vurğulayıb:

“Bu, Rusiyaya lazım deyil. Cənubi Qafqazda balansın saxlanılması nəzərə alınacağı təqdirdə, bu məntiqsizdir. Gümrüdəki hərbi bazada çoxlu sayda erməni xidmət edir, amma onun bütün rəhbər heyəti ruslardan ibarətdir. Əgər Qarabağ məsələsi narahatlıq yaradırsa, o zaman birmənalı şəkildə deyirəm ki, Qarabağ 102-ci bazanın nəzarət zonasına daxil deyil. Ermənistandakı Rusiya bazası Qərbə qarşıdır”.

Tarix
2019.11.07 / 16:19
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Tramp istədi, AB əməl edir: Rusiyadan idxal dayandırılır...

Bayramov Marta Kos ilə bölgədəki vəziyyəti müzakirə etdi

Rusiya hərbi gəmisini gələn həftə Bakıya göndərir - Səbəb

Quru sərhədlərin açılması barədə vacib açıqlama

Sahibə Qafarova Malayziya baş naziri ilə görüşdü

Bu yolun Azərbaycana verilməsi düzgün qərardır - Nikol

Əli Əsədov Bişkekdə mühüm görüşdə - Foto

Azərbaycan Zəngəzur vasitəsilə silah daşıyacaq? - Paşinyan

Trampın Albaniya ilə Ermənistanı səhv salması...

Əli Əsədov Bişkekdə Japarovla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla