Yuxarı

Azərbaycanda son 3 ildə yüzlərlə "erməni"… - Şok

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda son 3 ildə yüzlərlə "erməni"… - Şok

Son iki-üç ildə Azərbaycandan Almaniyaya “Sumqayıt ermənisi”, “Gəncə ermənisi”, “Ordubad ermənisi” adı ilə gələn azərbaycanlılar həddən artıq çoxalıb. Təbii ki, onların heç biri erməni deyil və Azərbaycan türküdürlər, heç erməni dilini də bilmirlər.

Bu sözləri Axar.az-a hazırda Almaniyada yaşayan jurnalist Fərahim İlqaroğlu alman polisinin mühacir alverinə qarşı mübarizə apardığı hazırkı ərəfədə soydaşlarımızın vəziyyəti və ümumi durumla bağlı danışarkən deyib.

F.İlqaroğlu bildirib ki, özünü erməni kimi təqdim edən həmin şəxslər müəyyən kurslara gedərək, erməni dilini ibtidai səviyyədə öyrənirlər ki, erməni olduqlarına kimlərisə inandırsınlar:

“Onlar bildirirlər ki, guya erməni olduqlarına görə Azərbaycanda təzyiqə məruz qalırlar. Almaniyada erməni diasporu, Avropanın digər ölkələrində olduğu kimi, çox güclüdür. Həmin azərbaycanlılar külli miqdarda pul xərcləyərək, erməni diasporundan dəstək məktubları alırlar və bu yolla yaşamaq icazəsi əldə edirlər. Təbii ki, həmin şəxslərin kimlik bilgiləri ilə bağlı məlumatlar səhv olur. Onlar adətən erməni ad və soyadları götürürlər. Milli pasportlarını buradakı miqrasiya idarələrinə təqdim etmirlər ki, onların şəxsiyyətləri müəyyənləşdirilə bilməsin. Həmin şəxslər Almaniyaya normal viza alaraq gəlmirlər, qaçaq yollarla - gəmilər, TIR-lar vasitəsilə gəlirlər ki, ad-soyadları bilinməsin, sənəd istənilməsin, əsl kimlikləri üzə çıxmasın: guya Azərbaycanda təzyiqlərdən “gizli yolla” qaçıblar və sənədlərini də götürməyiblər”.

Fərahim İlqaroğlunun sözlərinə görə, Almaniyadan bu şəkildə sığınacaq almağa gələnlərin içində bircə erməni də tapmaq olmur:

“Bu məsələni ölkə mətbuatının gündəminə daşımaq lazımdır. Çünki bu heç də adi bir məsələ deyil. Təbii ki, Sumqayıtda, Gəncədə erməni ad-soyadı ilə yaşayan ermənilər var. Ancaq Almaniyaya sığınacaq almağa gələn və özünü erməni kimi təqdim etmək istəyənlərin hamısı azərbaycanlılardır.

Yəqin ki, bu problemin həlli Azərbaycan və Almaniya hüquq-mühafizə orqanlarının birgə əməkdaşlığından keçir”.

İ.Fərahimoğlu ilə geniş müsahibə bir azdan yayımlanacaq.

Tarix
2019.11.18 / 11:33
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

İrəvan və Bakı sülh prosesində çox irəliləyib

Qukasyan və Saakyana ömürlük həbs verilmədi - Səbəb...

ABŞ mühəndisləri Ermənistanda: TRİPP üçün yer seçilir

Onlara ömürlük həbs cəzası verildi - Yenilənir

Medvedyevdən şok: Yeni superdövlət yaradılır, lideri...

Ciddi hadisə: Naxçıvanın muxtar statusu ləğv edilir

ABŞ İranı mütləq vuracaq: elə şərtlər irəli sürüb ki...

Vens Azərbaycana bu mərasimdən sonra gələcək - KİV

Si Putinə qəzəblidir: Bu oyun Çinə ağır zərbə vurdu

Mühüm tədbir: Prezidentin səhifəsində video paylaşıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla