Yuxarı

Nikolun Aprel savaşı ilə bağlı şok açıqlaması

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nikolun Aprel savaşı ilə bağlı şok açıqlaması

Ermənistanın “Fakt” qazeti ölkə parlamentində fəaliyyət göstərən və Aprel döyüşlərində Ermənistan ordusunun məğlubiyyətini araşdıran dövlət komissiyasının işi ilə bağlı sensasion məlumat yayıb.

Axar.az xəbər verir ki, məlumatda Baş nazir Nikol Paşinyanın komissiyanın növbəti iclaslarından birində Aprel savaşı ilə bağlı dinləmələrdə iştirakı gözlənilir.

Nəşrin dövlət strukturlarında çalışan etibarlı mənbələrə istinadən verdiyi məlumata əsasən, Paşinyan artıq bu məsələ ilə bağlı bir dəfə fikir bildirib.

“Aprel savaşı Rusiyanın əli ilə baş tutub. Moskva buna Azərbaycanı KTMT-ya gətirmək üçün əl atıb. Aprel savaşının günahkarı Kremldir”, - deyə Paşinyan qeyd edib.

Məlumatda həmçinin bildirilib ki, komissiyanın növbəti iclaslarına ifadə vermək üçün Serj Sərkisyan, Yuri Xaçaturov və Aykaz Baqmanyan da dəvət ediləcək.

Tarix
2019.12.17 / 10:47
Müəllif
Əli Məmmədov
Digər xəbərlər

Putindən fərman: Azərbaycanla bağlı qadağa...

İran səfiri Simonyanla görüşdü

İlham Əliyev Pezeşkiana zəng etdi

AB Şurasının nümayəndə heyəti Azərbaycana səfər edəcək

İlham Əliyev FİFA-nın prezidentini qəbul etdi - Foto

“Bazar günü nə baş verib?” - Prezidentin sərrast cavabı

Keçmiş deputat vəzifədən azad edilib?

Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

Şahin Mustafayev iranlı nazirlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla