Yuxarı

Forum prezidentindən İlham Əliyevə unikal hədiyyə - Foto

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Forum prezidentindən İlham Əliyevə unikal hədiyyə - Foto

Yanvarın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda Dünya İqtisadi Forumunun prezidenti Borge Brende ilə görüşüb.

Axar.az xəbər verir ki, Dünya İqtisadi Forumunun prezidenti Borge Brende Forumun 50 illik yubileyi münasibətilə tədbirin nüfuzlu qonaqları üçün çox məhdud sayda – cəmi 200 ədəd hazırlanan şokolad dəstini dövlətimizin başçısına hədiyyə etdi.

Görüşdə Azərbaycan ilə Davos Forumu arasında münasibətlərin tarixi və onun əhəmiyyəti haqqında fikir mübadiləsi aparıldı. Ölkəmizin regionda iqtisadiyyat, nəqliyyat, infrastruktur sahələrində oynadığı rolun vacibliyi vurğulandı. Azərbaycan Prezidenti İlham Əliyevlə Dünya İqtisadi Forumunun prezidenti Borge Brende arasında ötən il imzalanmış memorandumun davamı kimi bu gün imzalanacaq niyyət protokolunun əhəmiyyəti qeyd edildi. Sənədə əsasən Forumun ölkəmizdə afilə edilmiş regional mərkəzi yaradılacaq.

Söhbət zamanı vurğulandı ki, bu cür mərkəzlər çox məhdud sayda ölkələrdə yaradılır və onların əsas məqsədi dördüncü sənaye inqilabının səbəb olduğu çağırış və imkanların həyata keçirilməsidir.

Sonra Dünya İqtisadi Forumunun ölkəmizdə afilə edilmiş regional mərkəzinin yaradılması ilə bağlı niyyət protokolu imzalandı.

Sənədi Prezident İlham Əliyev və Forumun prezidenti Borge Brende imzaladılar.

Borge Brende: Təşəkkür edirəm.

Prezident İlham Əliyev: Çox sağ olun. Bu, bizim əlaqələrimizin yeni səhifəsi üçün yaxşı başlanğıcdır.

Borge Brende: Biz, həmçinin bilirik ki, Siz qarşıya hədəf qoyanda onu həyata keçirirsiniz. Düşünürəm ki, Azərbaycan dördüncü sənaye inqilabına ən yaxşı hazır olan ölkələrdən biri olacaq.

Prezident İlham Əliyev: Biz çox fəxr edirik ki, Davos Forumu ilə bu mühüm sənədi imzalayan ilk ölkələr arasındayıq. Bu, həqiqətən də bizim əlaqələrimizdə yeni səhifədir. Ümidvaram ki, gələcək keçmiş qədər uğurlu olacaq.

Borge Brende: Təbrik edirəm. Bütün dəstəyinizə görə təşəkkür edirəm.

Prezident İlham Əliyev: Təşəkkür edirəm.

Tarix
2020.01.21 / 21:36
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan

İlham Əliyevin bu il ərzində iştirak etdiyi tədbirlərin sayı - Foto

Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Sadiqik!

Vətən müharibəsində xalq buna şahid oldu - Deputat

İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək

Lavrov Azərbaycan səfirini niyə qəbul etmir? - Qapalı müzakirə

2026-da Azərbaycan və Rusiya əlaqələri necə olacaq?

Zakir Həsənov şəxsi heyəti təbrik etdi

Mehriban Əliyevadan bayramlarla bağlı paylaşım

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla