Yuxarı

“Müharibə dairəsi”nin DSK sədri niyə istefa verdi?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Müharibə dairəsi”nin DSK sədri niyə istefa verdi?

35 saylı Xətai üçüncü seçki dairəsinin Dairə Seçki Komissiyasında heç bir gərginlikdən söhbət gedə bilməz, dairə və məntəqələr Seçki Məcəlləsinə tam uyğun olaraq öz işini davam etdirir. Dairənin sədri İmran Hüseynəliyev isə səhhəti ilə bağlı ərizə yazaraq işdən uzaqlaşıb və müalicəyə gedib. O, bundan əvvəl də iki dəfə açıq ürək əməliyyatı keçirib.

Axar.az xəbər verir ki, bu sözləri Milletinsesi.az-a açıqlamasında 35 saylı DSK-nın katibi Dilarə İsmayılova deyib. Onun sözlərinə görə, dairə ərazisində namizədliyi qeydə alınmış namizədlərin təbliğat və təşviqat kampaniyaları çox aktivdir:

“Kiçik şikayətlər olsa da, ciddi heç bir pozuntu yoxdur və hər şey normaldır. O ki qaldı dairədəki gərginliyə görə DSK sədrinin “bəhanə edərək” istefa verməsi haqda yazılanlara, bunlar hamısı uydurmadır. İmran müəllim sinəsini açıb yarılmış bədənini göstərməlidir ki, mətbuat onun həqiqətən xəstə olmasına inansın? Namizədlərin arasındakı mübarizənin DSK-ya heç bir aidiyyəti yoxdur. Biz seçki prosesini həyata keçiririk, hər şey yüksək səviyyədədir və tam şəffaf seçki prosesi həyata keçiriləcək”.

Qeyd edək ki, parlament seçkilərində ən ciddi mübarizənin 35 saylı Xətai üçüncü seçki dairəsində gedəcəyi gözlənilir. Bu dairədən deputatlığa namizədlər Rauf Arifoğlu (“Yeni Musavat” Media Qrupunun rəhbəri) və İqbal Ağazadə (Ümid Partiyasının sədri) arasında ciddi rəqabət müşahidə olunur.

Bu ərəfədə DSK-nın sədri İmran Hüseynəliyevin səhhəti ilə bağlı işdən çıxarılması haqqında ərizə yazması isə sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.

Tarix
2020.01.26 / 00:03
Müəllif
Axar.az
Digər xəbərlər

Şahin Mustafayev Overçukla görüşdü

Tramp Azərbaycan və Ermənistan arasındakı sülhdən danışdı

Orbanın Əliyevə qardaş ehtiramı: baş əydi – Video

İlham Əliyev sammitdə onlarla görüşdü - Video

Bu, böyük səhv idi, Şuşa alınarkən İranda...

Ərdoğandan azərbaycanlılarla bağlı – Mühüm qərar

Misirdə Əliyev-Paşinyan görüşündən - Maraqlı foto

İlham Əliyev Yaxın Şərq Sülh Sammitində iştirak edir - Video

Overçuk Bakıda danışdı: Moskva, Bakı və Tehran...

Bakıda mühüm üçtərəfli görüş keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla