Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
30 Mart 2020


Mirasımız əxlaqsızlıqdır: Nikol Tiqranı necə lənətləmişdi? - Şok

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

09:27

Münhen Təhlükəsizlik Konfransında Azərbaycan Prezidenti İlham Əliyevin 20-ci əsrdə Dağlıq Qarabağla bağlı baş verən tarixi hadisələri xatırlatması fonunda Ermənistan Baş naziri Nikol Paşinyanın “erməni hökmdarı” Böyük Tiqrana “sığınması” bəzi araşdırmalara yol açıb.

Axar.az xəbər verir ki, tarixdə heç də müsbət şəxsiyyət və böyük sərkərdə kimi xatırlanmayan Böyük Tiqranın ermənilərə heç bir aidiyyətinin olmaması aydındır. Ancaq məsələ burasındadır ki, Nikol Paşinyanın özünün saxta tarixə “istinad etməsi” vaxtilə yazdığı məqalələri bir daha gündəmə gətirib.

Nikol Paşinyan bu məqaləsini özünün redaktoru olduğu “Aykakan Jamanak” qəzetində 9 dekabr 2005-ci ildə çap etdirib.

Məqaləni olduğu kimi təqdim edirik:

“Erməni xalqına siyasi və elmi tribunalardan edilən ən populyar müraciətlər tarixdən dərs çıxarmaq zərurətinə aid edilir. Erməni xalqı öz ziyalısına qulaq asmaqdan qəti şəkildə imtina edir və tarixdən nəticə çıxarmaqla bağlı çağırışların getdikcə daha populyar olması da bundan xəbər verir. Ola bilər ki, buna səbəb tarixdən nəticə çıxarmağa çağıran ziyalının daha sonra erməni xalqının qəhrəmanlıq tarixi barədə əfsanələr yazmağa, əcdadlarımızı tərif etməyə və ucaltmağa başlamasıdır. Ümumiyyətlə isə əcdadlarımızı obyektiv qiymətləndirmək bir iş, onları tərifləmək tamam başqa işdir.

Gəlin əcdadlarımızı tərifləməyi dayandıraq və özümüzə çox praqmatik bir sual ünvanlayaq: bu əcdadlarımız bizə nə vəsiyyət etdi, özlərindən sonra nə qoyub getdilər?

Heç bir şeydən daha artıq bir şey. Çünki “heç bir şey” – bu bizin sıfırdan başlamalı olduğumuz haldır, ancaq biz bilinmir hansı mənfidən başlamalıyıq. Çünki bizim əcdadlarımız bizə sadəcə belə soyqırımlar, alçaldılmalar, satqınlıqlar və əxlaqsızlıqlar ehtiyatı miras qoyublar. Belə görünür ki, bunu aradan qaldırmaq çətin, həddən artıq çətindir.

Mən bizim atalarımızı qınayıram və onları lənətləyirəm. Çünki onlar bizim bu gün daha ləyaqətli və qürurlu yaşamağımız üçün heç bir şey etməyiblər.

Bizim əcdadlarımız ən azından öz nəsillərinin qeydinə heyvanların instiktiv şəkildə öz nəsillərinin qeydinə qaldığı kimi də qalmadı. Mən bizim əcdadlarımızı tərif edən hər kəsi qınayıram. Bununla da sadəcə bundan sonrakı nəsillərin layiqli və güclü vətənə sahib olmaq hüququnu inkar edir, bizə, yaşayanlara isə gələcək nəsillərə heç bir şey vəsiyyət etməmək haqqını bəxş edirlər. Əcdadlarımızı tərənnüm etməklə onlar indiki erməni məmurlarının təkəbbürlü gedəçələri kimi primitiv tərbiyə almamış oğlunun xəyanətinə məruz qalan Böyük Tiqran adlandırılan şəxsin öz tacını Roma hökmdarının ayağı altına atdığı həmin vaxtdan başlayan və artıq iki min ildən artıqdır ki, içində olduğumuz bu sonsuz prosesə sadəcə yeni təkan verirlər.

MƏN ƏCDADLARIMIZI LƏNƏTLƏYİRƏM. Çünki onlar iranlı bir əyalət aliminə İsfahan küçələrində gəzərək bizə Şah Abbasın erməniləri bura Cuqidən (Culfa) qovduğunu və onları burada şəhər inşa etməyə çağırdığını izah etməsinə imkan verdik. Biz bu tarixdən hansı nəticəni çıxarda bilərik? Kimsə bu hekayədən qürur duyur: “Deməli, ermənilər inşaatçılar olublar”, - deyirlər. Bu inşaatçıların sürü kimi bir yerdən digərinə qovulmasının, onların bəzilərinin İran çöllərini “ermənilərin müqəddəs yerlərinə çevirməklə yolda qalmasının” isə heç kim fərqinə varmır.

Öz tariximizdən hansı nəticəni çıxara bilərik?

Bəzən bizim biabırçı və alçaldıcı keçmişimizi qəhrəmanlıqlarla dolu kimi göstərən tarixçiləri anlayıram. Onlar həqiqi tarixin bizi sındıra, alçalda biləcəyini düşünürlər. Ancaq saxtakarlıq daha çox dağıntıya səbəb olur və bizə dayanmağa, minillik alçaldılmamızı qırmağa icazə vermir. Deməli, biz öz tariximizdən hansı nəticəni çıxara bilərik?

Gəlin, onu unudaq. Gəlin, hər şeyi tamamilə sıfırdan başlayaq. Elə bil ki, Tanrı bizi indicə yaradıb və biz keçmişdə mövcud olmamışıq. Təsəvvür edirsiniz, nəfəs almaq necə də asan olacaq? Gəlin, təsəvvür edək ki, Mesrop Maştots indicə bizim hərflərimizi yaradıb, Narekatsi, ola bilər Mxitar Qoş, David Anaxt və daha bir neçə doğmamız bizimlə yaşayır və başqa heç nə yoxdur. Yerdə qalanları keçmişdə buraxaq. Qoy onlar nə qədər istəyirlər doğrasınlar, bir-birilərini satsınlar, qovulsunlar, soyqırıma məruz qalsınlar və alçaldılsınlar. Belə olan halda ola bilər ki, öz tariximizdən nəticə çıxara bilək, çünki o artıq bizim tariximiz olmayacaq”.

Tarix
2020.02.20 / 21:32
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev 3 fərman imzaladı

Avropa Komissiyası Bakıya yardım paketi ayırır

Türkiyədən Qarabağ çağırışı: Tanımayın!

ABŞ yeni düzən qurur: "Ümumdünya hökuməti"... - Video

İlham Əliyev sərəncam imzaladı

Azərbaycan parlament tarixində ilk: İclas...

Seyidov AŞPA-nı darmadağın etdi: Nifrət virusu...

Tofiq Yaqublunun həbsi: günahkar kimdir?

Onların düşüncəsi də koronavirusa yoluxub - Deputat

Paşinyan: Korona Qarabağda at oynadacaq...

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla