Yuxarı

Prezidentin bu açıqlaması narahatlığa son qoydu - Deputat

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanı cənginə almış pandemiya dövründə xalq və dövlətin vəhdət şəkildə addım atması, verilən qərarlara sayğı ilə yanaşma, o cümlədən aidiyyəti qurumların vətəndaşlara olan münasibəti, operativ şəkildə məlumatlandırma, sosial vəziyyətin normallaşdırılması yönündə verilən qərarlar vətəndaş və dövlət arasında qarşılıqlı anlaşma və birliyin göstəricisidir.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Müşfiq Məmmədli deyib. O bildirib ki, Prezident İlham Əliyevin bu ilin birinci rübünün sosial-iqtisadi yekunlarına dair müşavirədə etdiyi çıxış hər bir vətəndaşa verilən qiymətin mühüm göstəricisidir:

"Ölkə rəhbərinin vurğuladığı kimi Azərbaycanda qabaqlayıcı tədbirlər və düşünülmüş siyasətin yürüdülməsi nəticəsində biz vəziyyəti nəzarət altında saxlayırıq. Prezidentin çıxışından da tam aydın oldu ki, dövlət başçısı üçün insanların sağlamlığı hər şeydən üstündür. Dünya dövlətləri ilə müqayisədə Azərbaycanın atdığı addımlar, təxirəsalınmaz qərarlar hökumətin məhz hər bir vətəndaşın sağlamlığının qeydinə qalmasına bariz nümünədir. Vacib məqamlardan biri də Prezident İlham Əliyevin koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı sərəncamı hər şeydən öncə dövlət başçısı tərəfindən səhiyyə işçilərinin əməyinə verilən yüksək qiymət kimi dəyərləndirilməlidir. Ölkə başçısının milli valyuta ilə bağlı verdiyi açıqlama cəmiyyətdə yaranmış müəyyən narahtlığa da son qoydu. Prezidentin ölkə iqtisadiyyatının gələcək perespektivləri ilə bağlı tapşırıqlara, makroiqtisadi vəziyyətin sabit saxlanılması ilə bağlı verdiyi tövsiyyələrə əsaslanaraq əminliklə söyləyə bilərik ki, Azərbaycan bir çox dövlətlərlə müqayisədə yaranmış vəziyyətdən üzüağ çıxacaq. Hər bir ölkənin uğurlu inkişafı ilk növbədə aparılan siyasətin məqsədyönlülüyündən və hədəflərin düzgün müəyyənləşdirilməsindən asılıdır. İlham Əliyevin siyasi islahatların aparılması ilə bağlı söylədiyi fikirlər Azərbaycanın yeni inkişaf mərhələsinə inamla keçdiyini göstərir".

Millət vəkilinin sözlərinə görə, Azərbaycanın siyasi arenasında gəncləşmə, kadr dəyişiklikləri, müxalifət nümayəndələrinin parlament rəhbərliyində, komitələrdə təmsil olunması bir daha sübut edir ki, istənilən konstruktiv siyasi qüvvə üçün qapılar açıqdır:

"Ölkənin inkşafına, onun milli maraqlarına zərbə vurmağa çalışan destruktiv qüvvələr həmişəki kimi iflasa məhkumdur. Əminliklə söyləyə bilərik ki, bu birliyə heç bir şəxsi maraqlarını güdən siyasi qüvvələr xələl gətirə bilməz. Dövlət başçısı İlham Əliyev hər addımında milli maraq və mənafeləri uca tutur, ölkə vətəndaşlarının arzu və istəyini gerçəkləşdirmək üçün böyük əzmkarlıqla çalışır. Azərbaycan Prezidentinin fəaliyyətinin əsas qayəsi xalqa və dövlətə sədaqətli xidmət prinsipi üzərində qurulub. Onun müşavirədə etdiyi çıxış bir daha sübut etdi ki, Azərbaycan güclü iqtisadiyyata, müstəqil xarici siyasətə, demokratik imicə, mənəvi yüksəlişə malikdir".

Tarix
2020.04.15 / 18:21
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla