Yuxarı

Prezident rusiyalı akademiki təbrik etdi - Yeniləndi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezident rusiyalı akademiki təbrik etdi - Yeniləndi

15:37

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Elmlər Akademiyasının akademiki xanım Alevtina Brovkinaya təbrik məktubu göndərib.

Axar.az məktubun mətnini təqdim edir:

"Hörmətli Alevtina Fyodorovna.

Yubileyiniz münasibətilə sizi ürəkdən təbrik edirəm. Mənim ən xoş arzularımı, möhkəm cansağlığı, uğurlar və əmin-amanlıq diləklərimi qəbul edin.

Siz dünya şöhrətli alim və istedadlı həkim kimi göz xəstəliklərinin müalicəsi üçün bir sıra qabaqcıl metodikalar yaratmısınız, onkooftalmologiyanın inkişafına sanballı töhfə vermisiniz.

Oftalmologiya sahəsində Rusiya-Azərbaycan münasibətlərinin möhkəmlənməsində sizin mühüm rolunuzu xüsusi qeyd etmək istərdim. Sizin iştirakınızla Azərbaycanda onkooftalmologiya xidməti yaradılıb, bu xidmət bu gün də respublika əhalisinə yüksək ixtisaslı yardım göstərir.

Əminəm ki, sizin dəyərli təcrübənizə və dərin biliklərinizə çoxsaylı şagirdləriniz və həmkarlarınız tərəfindən həmişə tələbat olacaq.

Əziz Alevtina Fyodorovna, sizi əlamətdar yubileyiniz münasibətilə bir daha təbrik edirəm, sizə ən xoş arzularımı bildirirəm".

***

Azərbaycan Prezidenti İlham Əliyev Ruanda Respublikasının Prezidenti Zati-aliləri cənab Pol Kaqameyə məktub göndərib.

Məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan ilə Ruanda arasında ikitərəfli əlaqələrin, beynəlxalq təsisatlar, xüsusən də Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın inkişafı üçün imkanlar mövcuddur.

Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə əmin-amanlıq və tərəqqi arzulayıram".

***

Azərbaycan Prezidenti İlham Əliyev Kanadanın General-Qubernatoru Zati-aliləri xanım Jüli Peyetə məktub göndərib.

Məktubda deyilir:

"Hörmətli xanım General-Qubernator,

1 İyul – Kanada Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.

Dostluğa və qarşılıqlı hörmətə əsaslanan Azərbaycan-Kanada münasibətlərinin müxtəlif sahələrdə inkişafı üçün böyük imkanlar vardır. Ölkənizin beynəlxalq təşkilatlar çərçivəsində BMT Nizamnaməsi və Helsinki Yekun Aktını rəhbər tutaraq Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına dəstəyini yüksək qiymətləndiririk.

COVID-19 pandemiyası ilə üzləşdiyimiz bu çətin dövrdə Azərbaycan xalqının dost Kanada xalqı ilə həmrəy olduğunu vurğulamaq istəyirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, xalqınıza daim rifah diləyirəm".

Tarix
2020.06.30 / 18:19
Müəllif
Axar.az
Digər xəbərlər

IV Şuşa Qlobal Media Forumu ilə bağlı - Videoçarx

Qarabağın bərpasında Azərbaycana ilk yardım edən şəxs...

İranda Azərbaycana qarşı “qaçqın dəstəsi” yaradılır

Mühüm hadisələrindən biri də BYD şirkəti ilə... - Prezident

O, mənə verdiyi suala görə vəzifəsindən uzaqlaşdırıldı

Prezident IV Şuşa Qlobal Media Forumunun açılışında... - Foto

Azərbaycan-Rusiya münasibətləri tam normallaşıb

Tovuz döyüşləri bir daha sübut etdi ki... - Deputat

Belə avtomobillə heç yerə getmərəm - Prezident

Tələbə vaxtı diplom işimin mövzusu bu idi - Prezident

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla