Yuxarı

Zaxarovanın sirli eyhamı: Təxribat niyə Tovuzdan oldu?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əminəm ki, Rusiya Ermənistanın köməyinə gələn deyil. Moskva Ermənistanın oynadığı oyunu yaxşı başa düşür.

Bu sözləri Axar.az-a açıqlamasında sabiq Xarici İşlər naziri, politoloq Tofiq Zülfüqarov Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın Feysbuk səhifəsində paylaşdığı “Elə bu dəqiqə Piter forumu və Bakıda “Jara” çatışmır. Siz anlayırsınız...” statusunu şərh edərkən deyib.

Politoloq deyib ki, Mariya Zaxarova hər nə qədər Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü olsa da, onun sözlərinə əhəmiyyət vermək lazım deyil:

“Çünki bu xanımın məntiqsiz bəyanatları artıq təkcə Azərbaycanda yox, digər ölkələrdə də ciddi qəbul edilmir. Məsələ ondadır ki, öz ölkəsində belə onun fəaliyyəti kifayət qədər çox tənqidə məruz qalır. Ona görə hesab edirəm, onun “Elə bu dəqiqə Piter forumu və Bakıda “Jara” çatışmır. Siz anlayırsınız...” kimi statuslarına, bəyanatlarına, sözlərinə əhəmiyyət vermək lazım deyil”.

Politoloq ötən gecə Azərbaycan-Ermənistan dövlət sərhədində baş verən təxribata toxunub:

“Uzun müddətdir Ermənistanla Rusiya arasında dərinləşən siyasi böhran bu gün pik həddədir. Xüsusilə Paşinyan administrasiyasına qarşı Rusiyanın göstərdiyi tənqidi mövqe və Ermənistan müxalifətinə göstərilən dəstək tərəflər arasında münasibətlərin əvvəlki səviyyədə olmadığına dəlalət edir. Faktiki olaraq rəsmi Moskva Ermənistanı bir tərəfdaş olaraq qəbul etmir. Ermənistan hakimiyyətinin başlıca siyasəti Rusiyadan uzaqlaşaraq Qərbə yaxınlaşmaqdan ibarətdir. Düşünürəm, bunun həm iqtisadi, həm siyasi, həm də daxili əsasları var. Rusiyanın keçmişdəki kimi qüdrətli olmadığını anlayan Ermənistan artıq özünə yeni ağa axtarmağa başlayıb. Mövcud vəziyyətdə, görünür, Qərbi özünə daha ideal ağa, himayədar hesab edirlər. Lakin bunun üçün də ilk növbədə Rusiya ilə münasibətləri tamamilə pozmaq lazımdır. Paşinyana Rusiya ilə münasibətləri birdəfəlik pozmaq üçün Azərbaycanla hərbi əməliyyatları bərpa etmək su və hava kimi lazımdır. Bu yolla o, Rusiyanı ittiham edərək daxildəki rusiyameyilli qüvvələrin prestijini xalqın gözündə aşağı endirmək isəyir. Yəni “Rusiya heç bir kömək etmədi, bizi yalnız qoydu” fikri yaratmağa çalışır. Düşünürəm, bu səbəbdən Ermənistan Dağlıq Qarabağda deyil, məhz Ermənistan-Azərbaycan sərhədində təxribata əl atdı”.

Tarix
2020.07.13 / 11:40
Müəllif
Turan Rzayev
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Datuk Mutanq Taqalı qəbul etdi

Ceyhun Bayramov Qətərə yola düşdü

Bakı Başkəndi vermədən 4 kəndi necə azad edə bilər?

Prezident Yan Vanmini qəbul etdi

Paşinyan Putinə yardım edir - Avropa mediası

Ermənilərin türklərə qarşı soyqırımı... – Yeni xəritə

Azərbaycan nefti və qazı Avropaya uzun illər lazım olacaq

Sülhməramlılar Laçından Ermənistana keçdi - Video

İranlı nazir Azərbaycana gəlir

İki deputatımızın rüsvayçı açıqlaması: Nikol sevinir - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla