Yuxarı

Baş nazir qərar imzaladı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Baş nazir qərar imzaladı

Baş Nazir Əli Əsədov Kənd inzibati ərazi dairələrinin təsərrüfatbaşına uçot sənədlərinin çap edilməsi və onların 2021-2025-ci illər üçün açılması barədə qərar imzalayıb.

Axar.az xəbər verir ki, Nazirlər Kabineti Konstitusiyanın 119-cumaddəsinin səkkizinci abzasını rəhbər tutaraq, 2020-ci ildə kənd inzibati ərazi dairələrində təsərrüfatbaşına uçot sənədlərinin müddətinin başa çatdığını və 2021-2025-ci illər üçün onların yenidən çap edilməsi zərurətini nəzərə alaraq qərara alır:

1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi yeni təsərrüfatbaşına uçot sənədlərini çap etdirərək, 2020-ci il noyabrın 1-dək müvafiq bölgü əsasında Azərbaycan Respublikasının rayon (şəhər) icra hakimiyyəti başçılarının kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərinə çatdırılmasını təmin etsin.

2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, rayon (şəhər) icra hakimiyyətləri 2021-2025-ci illər üçün yeni təsərrüfatbaşına uçot sənədlərinin tətbiqini Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən təsdiq edilmiş təsərrüfatbaşına uçotun aparılmasına dair göstərişlərə uyğun təmin etsinlər.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yenitəsərrüfatbaşına uçot sənədlərinin çapının 2020-ci ilin dövlət büdcəsində Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi üzrə bu məqsəd üçün nəzərdə tutulmuş vəsait hesabına maliyyələşdirilməsini təmin etsin.

Tarix
2020.08.15 / 15:37
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

İssık-Kul gölünün sahilində “Baku Resort & Spa” oteli…

Prezidentin təltif olunduğu orden: Daha kimlərə verilib?

Bakının bu görüşlərə tamhüquqlu iştirakçı kimi qoşulması...

İlham Əliyev "Manas" ordeni ilə təltif edildi - Foto

ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana gəlir

Azərbaycan Qırğızıstana nələr satıb? – 24 ədəd maşın...

Liderlərin Çolpon-Ata şəhərində qeyri-rəsmi görüşü keçirildi

Prezident və xanımının şərəfinə dövlət ziyafəti verildi

Prezidentlərin iştirakı ilə iclas keçirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla