Yuxarı

Qarabağda 100 minlik ordu? Müharibəyə hazırlaşaq – Şərh

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qarabağda 100 minlik ordu? Müharibəyə hazırlaşaq – Şərh

Qarabağdakı qondarma rejimin “lider”i Araik Arutyunyan Nikol Paşinyanla birlikdə 100 minlik “xalq ordusu” yaradır. Görünür, Ermənistan ikinci dəfə öz müqəddəratını həll etmək istəyir. Düşmənin müharibə romantikası ilə alışıb-yanan çağırışlarına layiqli cavab verməliyik.

Bu sözləri Axar.az-a politoloq Turab Rzayev Dağlıq Qarabağ separatçılarının lideri Araik Arutyunyanın sülh danışıqlarına qarşı çıxması haqda danışarkən deyib.

Politoloqun sözlərinə görə, Arutyunyanın sülh danışıqları ilə bağlı səsləndirdiyi son fikirlər bir daha onu göstərir ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli mümkün deyil:

“Arutyunyanın sözlərinə görə, danışıqları müzakirə etmək yox, müharibəyə hazırlaşmaq lazımdır, danışıqlar olmayacaq.

Bundan öncəki illərə fikir versək, görə bilərik ki, tərəflər arasında vaxtaşırı görüşlər keçirilir, təkliflər irəli sürülür, həmsədrlər tez-tez təmas xəttində monitorinqlər keçirir. Yəni danışıqlar prosesinin konkret bir predmeti var idi. Bu gün isə vəziyyət tam tərsinə cərəyan edir.

Hazırda danışıqlar prosesi kağız üzərində gedir. Keçmiş Xarici İşlər naziri Elmar Məmmədyarovun son səfərləri, eyni zamanda Ceyhun Bayramovun Moskvaya son səfəri bir daha onu göstərdi ki, danışıqlar prosesi deyilən bir anlayış artıq qalmayıb. Həmsədrlər faktiki olaraq gözdən pərdə asmaqdan başqa bir işə yaramır”.

Politoloqun sözlərinə görə, Arutyunyanın son bəyanatı, əslində, 2018-ci ildə Ermənistanda hakimiyyət dəyişikliyindən sonra Nikol Paşinyanın yürütdüyü siyasətin məntiqi davamı və nəticəsidir:

“Ermənistan tərəfi hazırda nəinki münaqişəni danışıqlar yolu ilə həll etmək, ümumiyyətlə, bizimlə bu məsələ ətrafında danışmaq belə istəmir. Halbuki Nikol Paşinyan hakimiyyətə gələrkən verdiyi ilk vəd Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini qısa müddətdə həll edəcəyi idi. Düzdür, Azərbaycan torpaqlarının işğalında şəxsən iştirak etmiş “Qarabağ klanı”nın hakimiyyətdən getməsindən sonra bir çoxlarında belə təsəvvür var idi ki, münaqişənin nizamlanması üçün əlverişli şərait yaranacaq. Lakin vəziyyət elə bir hal alıb ki, Ermənistan formal sülh çağırışları belə etmir. Paşinyan faktiki olaraq indiyədək aparılan danışıqlarda masa üzərində olan sənədlərdən imtina edib. Bu, uzun illər ATƏT-in MQ həmsədrlərinin iştirakı ilə aparılan danışıqlar prosesinin pozulması deməkdir. Amma beynəlxalq vasitəçilər bu qeyri-konstruktivliyə görə Ermənistan rəhbərliyinə sərt etiraz bildirməyi lazım bilməyib.

Bütün bu situasiya bir daha onu göstərir ki, Azərbaycan işğal edilmiş torpaqlarını yalnız və yalnız müharibə yolu ilə geri qaytarmalıdır. Çünki Ermənistan ordusu bu gün müdafiəyə yox, hücuma hazırlaşır. Bu da azmış kimi Gəncə və Mingəçevirə zərbələrin vurula biləcəyi haqda hədə-qorxu gəlir”.

Tarix
2020.09.03 / 21:09
Müəllif
Turan Rzayev
Digər xəbərlər

İlham Əliyev Qırğızıstan nümayəndə heyəti ilə görüşdü

ABŞ-ın Təhlükəsizlik Strategiyasında Azərbaycan adı...

Arakçı Azərbaycandan sonra bu ölkələrə gedəcək

Xalqlarımızı sülhə hazırlamalıyıq – Hikmət Hacıyev

Hikmət Hacıyev KƏŞ-in baş katibi ilə görüşdü

Vəfa ilə müsahibəyə görə erməni kanalı bağlandı - Video

Qətər və AB strateji tərəfdaşlıq sazişi üzrə danışıqlara başladı

Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu - Video

Prezident BƏƏ-nin bir sıra şirkətlərinin rəhbərlərini qəbul etdi

Ərdoğanın müavini Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla