Yuxarı

Bir neçə “Qarabağ ocağı” yaradıb... - Zahid Orucdan şok

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bir neçə “Qarabağ ocağı” yaradıb... - Zahid Orucdan şok

10:35

12 iyul Tovuz cəbhəsində baş verən toqquşmalar 90-cı illərdən qalan işğal reallığını dəyişdirdi. Ona görə də Azərbaycan əsgəri Ermənistanın daxilində bir neçə “Qarabağ ocağı” yaradanda silahlı əməliyatların episentri dəyişəcək və düşmənin qüvvələri, resursları, tankı və topu bütün “təmas xətti” boyu səpələnəcək, erməni ordusu parçalanacaq!

Axar.az xəbər verir ki, bu fikirlərlə deputat Zahid Oruc çıxış edib.

“Gəlin unutmayaq ki, müstəqillik qazanandan sonra iki dövlət arasında sərhəd-delimitasiya xətti razılaşdırılmayıb. Çünki tərəflər arasında diplomatik tanımazlıq mövcuddur. Ona görə Ermənistanın daxilində bir neçə “Qarabağ cəbhəsi” açılanda rəşadətli ordumuzun irəli gedəcək və durduğu yerdən də sərhədlər çəkəcək!

İşğal olunan əraziləri qaytarmaq üçün hərbi taktika və strategiya artıq dəyişib. Qarşı tərəf azərbaycanlıların düşüncəsində inqilabi dəyişikliyin baş verdiyinin fərqindədir. Ermənistanın içində - Noyenberyan, ya Berd rayonlarında, yaxud elə Karçivan kəndində “Qarabağ anklavı” meydana gələndə ötən əsrdən pozulmuş hərbi-siyasi balans aradan qalxacaq və erməni xalqı siyasi hakimiyyəti Azərbaycanla sülh müqaviləsinə məcbur edəcək. Əks halda, İrəvanda növbəti çevriliş qaçılmazdır”, - deyə Z.Oruc bildirib.

Tarix
2020.09.07 / 13:03
Müəllif
Turanə Məmmədli
Digər xəbərlər

Bayramov və Mirzoyan TRİPP-ə həsr olunmuş tədbirdə...

Azərbaycan XİN və MN Qazaxıstana başsağlığı verdi

Ermənistanın Azərbaycana ixrac etdiyi məhsulun adı açıqlandı

Pezeşkian danışanda nümayəndə heyətimiz zaldan çıxıb?

Şad xəbər: Bu ərazilərdə yüksək maaşlı iş yerləri açılır

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edildi

Azərbaycanda cərimə meydançası ilə bağlı rüsumlar müəyyənləşdi

Xalçamızla bağlı iddia irəli sürüb ki, guya... - Məmmədov

Ərdoğan Nyu Yorkda Paşinyanla görüşdü - Video

Fransadan Bakının əfv etdiyi Rayanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla