Yuxarı

Heç bir qeyrətli xalq işğalı qəbul etmir - Səfir

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir məsələni açıq şəkildə sizə deyim: Bilirsiniz ki, İranın torpaqları bir müddət işğal altında qalıb. Heç bir qeyrətli xalq işğalı qəbul etmir. Mən özüm 14 yaşında idim. Qeyrətim yol vermədi və bizim ölkəmizi işğal edən ölkə ilə müharibəyə getdim. Buna görə də işğal və işğal olunmuş torpaqlar İran üçün qırmızı xəttidir. İran İslam Respublikasının hansısa şirkəti, hansasa yük maşını Ermənistana səfər edibsə də, onun Dağlıq Qarabağa səfər etməsinə heç bir haqqı yoxdur.

Axar.az xəbər verir ki, bunu İranın işğal olunmuş Azərbaycan torpaqlarında qurulan qondarma Dağlıq Qarabağ rejimi ilə əlaqələrinin olmasına, Dağlıq Qarabağa TIR-larla yük daşınmasına dair Teleqraf.com saytının sualını cavablandıran İran səfiri Seyid Abbas Musəvi bildirib.

“Sosial şəbəkədə yayılan videolarla əlaqədar onu deyim ki, mən də səfir təyin olnmazdan qabaq sizinlə həmkar idim. Siz buna etina etməyin və buna ehtiyatla yanaşın. İranlılar yaxşı bilirlər ki, heç bir halda Dağlıq Qarabağla əlaqələrə malik ola bilməzlər.

Bizim üçün Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi çox önəmlidir. Biz bunu Azərbaycanın haqqı hesab edirik ki, sülh və beynəlxalq qanunlar yolu ilə öz torpaqlarını işğaldan azad etsin. İran bundan əvvəl də bəyan etdiyi kimi, bu münaqişənin həlli üçün köməklik göstərməyə hazırdır. Əgər hər iki tərəf istəsə, bizim bu münaqişənin həlli üçün çox yaxşı layihələrimiz var. Çünki regionun daha bu münaqişələri çəkməyə taqəti yoxdur. Amma bu elə olmalıdır ki, Azərbaycan öz haqqını əldə etsin”, - səfir qeyd edib.

Tarix
2020.09.15 / 16:23
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan müdafiə xərclərini artırır - MN

Xəzər dənizi ilə bağlı kritik görüş

Hava limanından Əhmədliyə London taksisinin qiyməti şok etdi

Ağalarovun restoranında toy edən məmur işdən çıxarıldı

Bayramov özbəkistanlı həmkarı ilə görüşdü

Xəzərin Azərbaycan hissəsində tornado təkrarlana bilər?

Qətərə edilən son hava hücumu... - Ceyhun Bayramov

Leyla Əliyevanın təşəbbüsü ilə yeni layihə işə başladı

Rusiya Ermənistana qaz nəqlini dayandırır - Səbəb

70 kq qızılla saxlanılan Məmmədovla bağlı yeni qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla