Yuxarı

Türkiyədən Qarabağ bəyanatı: MQ təcili addım atmalıdır, ya da...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyədən Qarabağ bəyanatı: MQ təcili addım atmalıdır, ya da...

Türkiyə Azərbaycana qarşı hər hansı bir təcavüzü Türkiyəyə qarşı təcavüz kimi qəbul edir.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Administrasiyasından bildirilib.

Qeyd edilib ki, Azərbaycanın Dağlıq Qarabağ problemini həll etmək üçün hansı həll yolu seçməsindən asılı olmayaraq, Ankara bu istiqamətdə bütün imkanları ilə Azərbaycanı dəstəkləyəcəyini bir daha bəyan edir:

“Bir daha bəyan edirik ki, Ermənistan hakimiyyət orqanlarının bəyanatları və son hərbi təxribatlar bölgədəki münaqişənin eskalasiyasına yönəlib”.

Bildirilib ki, Ermənistan havadarlarının səssiz razılığına güvənərək, Türkiyənin də Azərbaycanın müttəfiqi olduğunu unudaraq, bölgədəki vəziyyəti hərtərəfli pozmağa çalışır:

“Bölgədəki qeyri-sabitliyə görə cavabdeh olan məhz Ermənistandır”.

Administrasiyadan qeyd ediblər ki, ATƏT-in Minsk Qrupu üzvlərinin Ermənistanın hərbi təxribatı qarşısında hərəkətsizliyinin Ermənistan hakimiyyətini arxain salır:

“Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həlli üçün təcili olaraq addım atmalı və ya bu münaqişəni həll edə bilməyəcəyini cəsarətlə bəyan etməlidir”.

Tarix
2020.09.20 / 16:37
Müəllif
Axar.az
Digər xəbərlər

Təsdiqləndi, prezident Azərbaycana gələcək

Azərbaycanda hakimlərin xidmət haqqı bu qədər olacaq

Bu, İlham Əliyevin strateji baxışı əsasında qurulur

İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair - Video

İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

Litvalı nazirdən Azərbaycan vətəndaşlarına müjdə: Viza...

Kəlbəcər bir güllə atılmadan Azərbaycana təhvil verildi

Əli Əsədov Boçorişvili ilə görüşdü

Azərbaycan və Litva XİN başçıları görüşdü

Son bir ildə Ermənistana bu qədər yük daşınıb - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla