Yuxarı

Prezidentin Qarabağ mesajı Rusiya mətbuatında

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezidentin Qarabağ mesajı Rusiya mətbuatında

Rusiyanın kütləvi informasiya vasitələri Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına müsahibəsini geniş işıqlandırıb.

Axar.az xəbər verir ki, TASS, İnterfaks və “RİA Novosti” federal informasiya agentlikləri, “REN TV”, “TVC”, “360 tv” telekanalları və digər KİV-lər Prezident İlham Əliyevin müsahibəsində söylədiyi fikirləri təqdim ediblər.

Materiallarda qeyd olunur ki, Azərbaycan Prezidenti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair sülh danışıqlarının faktiki olaraq getmədiyini, Azərbaycanın imitasiya naminə danışıqlarda iştirak etmək niyyətində olmadığını vurğulayıb.

TASS agentliyinin xəbərində Prezident İlham Əliyevin Ermənistanı danışıqlar prosesini pozmaqda təqsirləndirməsi, Ermənistan rəhbərliyinin cəfəng bəyanatlarının, təxribat xarakterli addımlarının danışıqları mənasız etməsi barədə fikirləri yer alıb.

“TVC” kanalının materialında qeyd olunur ki, rəsmi Bakı ciddi bəyanatlarla çıxış edir. Prezident İlham Əliyev müsahibəsində Ermənistanın işğal altında olan Dağlıq Qarabağı qanunsuz şəkildə məskunlaşdırmasını “cinayət” adlandırıb.

“Pravda.ru” saytı yazır ki, Prezident İlham Əliyev Ermənistana xəbərdarlıq mesajı göndərərək deyib: “Onlar üçün Tovuz hadisələri növbəti dərs oldu. Əgər yeni dərs almaq istəyirlərsə, biz buna hazırıq”.

“Moskovski komsomolets” qəzeti Prezident İlham Əliyevin Ermənistanın müharibəyə hazırlaşması, Azərbaycan tərəfində bu barədə ciddi kəşfiyyat məlumatlarının olması barədə fikirlərini tirajlayıb. Qəzet yazır ki, Azərbaycan dövlətinin başçısı ölkəsinin Ermənistanda heç bir məqsədi olmamasını, lakin təxribat davam edirsə, siyasətə yenidən baxılacağını deyib.

“Kommersant” qəzeti Prezident İlham Əliyevin Paşinyanın işğal olunmuş əraziləri qanunsuz məskunlaşdırma siyasətini sərt tənqid etdiyini yazır. Xəbərdə deyilir ki, Azərbaycan Prezidenti bunun Cenevrə Konvensiyasına zidd, cinayət olduğunu vurğulayıb.

Tarix
2020.09.21 / 14:01
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycana qarşı böhtan - Türkiyə saytının şəri...

ADY-dən Bakı-Tiflis qatarı ilə bağlı açıqlama

Prezident: Buna görə dünyada birinci yerdəyik...

Biz bu məsələdə misilsiz təcrübə formalaşdırmışıq

Prezidentin sosial şəbəkə hesablarında WUF13-lə bağlı çarx

Yüksək neft qiymətlərindən müəyyən gəlir əldə etsək də...

İlham Əliyev "Avronyus" kanalına müsahibə verdi - Foto

Prezident WUF13-də iştirak edənlərin şərəfinə ziyafət verdi

Azərbaycanda bu xəstəliyə görə 7 milyon pul xərclənəcək

Azərbaycan bizə dəstək oldu, Ermənistan isə... - İran

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla