Yuxarı

5+2 formulu bitdi, Qarabağa özəl status da olmayacaq...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
5+2 formulu bitdi, Qarabağa özəl status da olmayacaq...

Madrid prinsipləri dağılıb. 5+2 formulu artıq yoxdur, çünki Füzuli və Cəbrayıl rəsmən azad edilib. Bundan başqa, Hadrutu, Suqovuşanı da yağı düşməndən təmizləmişik. O zaman Minsk Qrupu çərçivəsində görüşüb nə danışmaq olar?!

Axar.az xəbər verir ki, bu fikirləri ekspert Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, münaqişənin həllində yeni formul və prinsiplər olmalıdır:

“Bu həftənin sonuna qədər əks-hücum əməliyyatı davam edəcəksə, bu zaman köhnə 5+2 formulundan kənarda olan ərazilərin düşməndən təmizlənməsi daha önəmlidir. O zaman artıq həftə sonu Moskvada və Vaşinqtonda masaya oturmaq olar. Çünki biz sülh istəyirik, sülhün bədəli isə son Ermənistan əsgərinin Azərbaycandan çıxmasıdır.

Masada yeni formul isə qrafikə bağlı olmalıdır - Ağdam, Zəngilan, Qubadlı, Kəlbəcər və Laçın noyabr ayı ərzində boşaldılır, Qarabağın gələcək statusu isə Avropa Xartiyasına uyğun olaraq, yerli özünüidarəetmə institutları vasitəsilə müəyyən edilir.

Danışıqlar ancaq bu istiqamətdə ola bilər. Bundan əlavə, Qarabağa özəl status verilməsi artıq mümkün deyil, gələcək üçün də təhdiddir - Ermənistan bu şansı qaçırdı, özəl status artıq tarixə qovuşdu.

Allah Əsgərimizi və Ordumuzu qorusun!”

Tarix
2020.10.20 / 10:16
Müəllif
Gülnarə Kazımova
Digər xəbərlər

Elçin Yusubov Korrupsiyaya qarşı Baş İdarəyə çağırıldı

Cənubi Qafqaz sülh nümunəsinə çevrilib

Azərbaycan XİN İordaniyada kilsəyə hücumu pislədi

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

Azərbaycan buna sadiqliyini bir daha təsdiqləyir!

Dehli niyə Bakı ilə əməkdaşlığa qərar verdi?

Dövlət Baxçalı Rəşad Aslanovu qəbul etdi - Video

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

İsraildəki seçkilər: Kim qalib gələcək? – Sorğu

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla