Yuxarı

YAP və AKP arasında mühüm müzakirə...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndə heyətinin Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) dəvəti əsasında Ankara şəhərinə səfəri başlanıb.

Axar.az xəbər verir iki, Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü, partiyanın Türkiyə və AKP üzrə əlaqələndirici kordinatoru Ramil Həsənin rəhbərlik etdiyi heyətə Azərbaycan parlamentinin digər deputatı, YAP Siyasi Şurasının üzvü Ramin Məmmədov daxildir.

Oktyabrın 20-də Azərbaycan nümayəndə heyəti AKP Sədrinin birinci müavini Numan Qurtulmuş ilə görüşüb.

Nümayəndə heyətimizi səmimiyyətlə salamlayan AKP Sədrinin müavini Numan Qurtulmuş bildirib ki, işğal altında torpaqlarımızın azad olunması naminə Milli Ordumuzun həyata keçirdiyi zəfər hərəkatı Türkiyədə böyük sevinclə qarşılanıb.

Milli Məclisin deputatları Ramil Həsən Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun uğurlu əks-hücum əməliyyatları barədə ən son məlumatları qarşı tərəflə paylaşıb.

Sonra iki qardaş ölkədə iqtidarda olan iki partiyanın mövcud əlaqələri və böyük perspektivlər ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər qeyd ediblər ki, Azərbaycan Prezidenti, YAP-ın Sədri İlham Əliyev və Türkiyə Prezidenti, AKP Sədri Rəcəb Tayyib Ərdoğan arasındakı səmimi dostluq və qardaşlıq münasibətləri dövlətlərimizin bərabər inkişafına və regionda sağlam yeni bir güc mərkəzinin formalaşmasına böyük töhfə verib.

Qeyd edək ki, səfər çərçivəsində YAP-ın nümayəndə heyətinin AKP-nin Baş katibi Fatih Şahin, Xarici Əlaqələr şöbəsinin rəhbəri Cövdət Yılmaz, AKP Gənclər Birliyinin sədri Əhməd Böyükgümüş, Türkiyə Respublikası Xarici İşlər nazirinin müavini Yavuz Səlim Kıran, həmçinin AKP-nin Türkiyə Böyük Millət Məclisindəki fraksiyasının sədri Cahid Özkan və Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrım və dostluq qrupunun üzvləri ilə görüşləri, eləcə də Türkiyə mediası ilə təmasları nəzərdə tutulur.

Görüşlərdə qarşılıqlı əlaqələrin inkişafı məsələlərinin müzakirəsi ilə yanaşı, Ermənistan-Azərbaycan münaqişəsinin mövcud durumu, təcavüzkar dövlətin Azərbaycanın yaşayış məskənlərinə və dinc əhaliyə hücumları, dövlətimizin erməni işğalında olan torpaqlarımızın azad edilməsi istiqamətində apardığı çoxistiqamətli fəaliyyətlər barədə qarşı tərəfə ətraflı məlumatlar veriləcək.

Tarix
2020.10.20 / 23:11
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla