Yuxarı

İrəvan başa düşsün, oyun başa çatdı - Britaniyalı jurnalist

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrəvan başa düşsün, oyun başa çatdı - Britaniyalı jurnalist

Azərbaycan öz ərazilərinin işğaldan azad edilməsinə nail olmaq üçün onilliklər sərf edib.

Axar.az xəbər verir ki, bunu britaniyalı jurnalist Nil Uotson “Dispatch Nyus Desk” xəbər agentliyinə deyib.

N.Uotson Azərbaycan Silahlı Qüvvələrinin işğal altında olan Qarabağ bölgəsində aparılan uğurlu hərbi əməliyyatlarını yüksək qiymətləndirib:

“Azərbaycan Ordusu, nəhayət, Cəbrayıl və Füzulini erməni işğalından azad etdi. Bunun zamanı çoxdan gəlmişdi. Azərbaycan hökuməti və Prezident İlham Əliyev çox böyük təmkinlə danışıqlar aparmağa çalışıb”.

Jurnalist erməni ordusunun artıq oyunun başa çatdığını dərk edərək təslim olacağına və bütün işğal olunmuş əraziləri Azərbaycana qaytaracağına ümidvar olduğunu bildirib.

Ermənistanın Dağlıq Qarabağ ətrafındakı 7 rayonu Azərbaycana qaytarmalı olduğunu söyləyən Uotson rəsmi Bakının uzun illərdir viran qalmış bu ərazilərdə yenidənqurma işlərinə başlaya biləcəyini qeyd edib. O hesab edir ki, bu gün Azərbaycanın münaqişənin güc yolu ilə həllinə tam hüququ var:

“BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş qətnamələri Azərbaycan ərazilərinin erməni işğalını qınayır. Azərbaycan öz hərəkətləri ilə beynəlxalq hüququ dəstəkləyir. Bununla yanaşı, Gəncə və Azərbaycanın digər şəhərlərinin mülki əhalisinə hücum zamanı raket və bombalardan istifadə olunması Azərbaycan hökumətinə təcavüzkara qarşı özünümüdafiə hüququ verir”.

Tarix
2020.10.21 / 15:44
Müəllif
Xədicə Nəbiyeva
Digər xəbərlər

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla