Yuxarı

Ordumuz Qarabağın yarısına nəzarət edir - Zahid Oruc

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ordumuz Qarabağın yarısına nəzarət edir - Zahid Oruc

Dünən Ali Baş Komandan İlham Əliyev tərəfindən bəyan edilən 21 kənd və bir qəsəbənin azad olunması xəbəri, Müzəffər Ordumuzun bütün döyüş xətti boyu əldə etdiyi nailiyyətlər, o cümlədən uğurlu Zəngilan əməliyyatı 26 gündür davam edən “sülhə məcbur etmə” adlı müharibənin qələbə ilə başa çatmasında misilsiz rol oynayacaq.

Axar.az xəbər verir ki, bu sözləri deputat Zahid Oruc deyib. O bildirib ki, rəşadətli əsgər və zabitlərimizin fədakarlığı sayəsində cənub cinahında qoşunlarımızın Ermənistanla sərhədə qədər irəlilədiyini görmək olar və bu, istər strateji, istər taktiki baxımdan savaşın müqəddəratını həll edəcək:

“İranla sərhəddə tam nəzarətin təmin olunması silahlı əməliyyatların coğrafiyasını qonşu ərazilərə keçirmək istəyən düşmənin planlarını məhv edir. 70 km-dən artıq sərhəd zolağının tam nəzarət altına qayıtması, çoxəsrlik keçmişimizin, o cümlədən Gülüstan və Türkmənçaya aparan 2 yüz il əvvəlki hadisələrin axarını dəyişir, tarixi Araz çayının sahillərinə toparlanıb Milli Ordumuzun qəhrəmanlığını alqışlayan sıravi İran vətəndaşlarının təhlükəsizliyini, eləcə də rəsmi Tehran hakimiyyətinin ölkəmizlə dostluq münasibətlərinə və tərəfdaşlığına sadiq qalması üçün böyük əhəmiyyət kəsb edir.

Naxçıvanla ən yaxın quru sərhədinin, o cümlədən tarixi Zəngəzurla qonşuluğun və Nüvədi-Meğri dəhlizinin ön dağlıq hissələrinə gətirib düzülən Rusiya bayraqları Zəngilanın ən ucqar nöqtəsi olan Ağbənd kəndinin strateji qovşaq olduğuna təminat verir və bununla da indiyədək azad olunan 121 kənd, qəsəbə və 3 rayon mərkəzinin, eləcə də qazanılan strateji yüksəkliklərin yaxın hərbi əməliyyat şəraitinə diktə etməyə şərait yaratması Qarabağın və işğal olunmuş torpaqların yarısına Şanlı Ordumuzun nəzarət etməsinin sübutudur və dünya hərb tarixinin istər klassik, istərsə də müasir dövrünün ən parlaq səhifələridir. Birinci və ikinci müdafiə xətlərinin darmadağın edildiyi və arxa cəbhədə qısa müddətə dayanıqlı istehkamların qura bilinməzliyi Ermənistanın hərbi kapituliyasiyasını qaçılmaz edir.

Dünən İrəvan rəhbərliyinin xalqa dördüncü dəfə səfərbərlik çağırışı ilə müraciət etməsi nizami 40 minlik ordusunun döyüş meydanlarında məğlub olmasının məsuliyyətini vətəndaşlarla bölüşməyə çalışmasını göstərir və kənd icra orqanlarının marzaları, bələdiyyə rəhbərləri, uğursuz sorosçu şəhər merləri isti kabinetlərini göydən tökülən kamikadze dronlarının yağışı altına və soyuq səngərə dəyişəsi deyillər.

Dünən Ermənistanda sabiq prezidentlərin görüşü dövlət idarəçiliyi böhranının pik nöqtəyə, prezident Armen Sərkisyanınsa KTMT-yə deyil, NATO rəhbərliyi ilə görüşə gedərək ümidsiz qayıtması xarici siyasət kursunun iflası deməkdir. 220 illik savaşı Prezident İlham Əliyevə uduzan və bununla da 10 milyonluq dünya erməniçliyinin tarixi ideallarını qoruya bilməyən Paşinyanı rumın lideri Çauşeskunun taleyi gözləyir”.

Tarix
2020.10.22 / 10:14
Müəllif
Axar.az
Digər xəbərlər

Zahid Orucdan ittihamlara cavab: Kimliyindən asılı olmayaraq...

Əli Həsənov həbs edilə bilər – Fövqəladə iclas

Bakı ilə komissiya yaradılıb, proses davam edir - Simonyan

Erməni qayınanasının dəfninə gələ bilməyən nankor yavər

Mehdiyev işdən çıxandan sonra "prezident otağına" niyə qayıdıb?

ABŞ admiralı Azərbaycana təşəkkür etdi

Ramiz Mehdiyev bunlardan məhrum ediləcək

Mehdiyevin ətrafındakı deputatlar: Ona “ata” deyən...

Ramiz Mehdiyevin şəbəkəsində kimlər var? - Adlar açıqlandı

Ramiz Mehdiyevin siyasi planları: Hamısı ifşa olunacaq!

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla