Yuxarı

F-16-lar İrəvanı niyə narahat edir? - Milli Qəhrəmanın şərhi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
F-16-lar İrəvanı niyə narahat edir? - Milli Qəhrəmanın şərhi

10:01

Döyüş meydanında uduzan Ermənistan artıq müxtəlif bəhanələr gətirərək məsələyə başqa ölkələri cəlb etmək istəyir.

Axar.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Milli Qəhrəman, ehtiyatda olan polkovnik-leytenant Vahid Quliyev deyib. O bildirib ki, Azərbaycan Silahlı Qüvvələri qarşısında tab gətirə bilməyən Ermənistan indi də Azərbaycanda təlim vaxtı gətirilən və bu günə qədər istifadə edilməyən, Türkiyənin F-16 təyyarələrinin ölkəmizdə olmasından narahatdır:

"Onlar bu məqsədlə münaqişəyə Rusiyanı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) cəlb etmək istəyir. Bu məqsədlə Türkiyə hərbçilərinin guya Azərbaycan tərəfdən döyüşdüyünü və F-16 təyyarələrinin Azərbaycanda döyüşlərə qatıldığını iddia edir, zaman - zaman bəyanatlar verirlər. Azərbaycan Prezidenti İlham Əliyev də çıxışlarında dəfələrlə bildirib və sübut edib ki, Azərbaycan Silahlı Qüvvələri döyüşlərdə nə Türkiyə hərbçilərindən, nə də F-16 təyyarələrindən istifadə edir. Həmin təyyarələr Türkiyə - Azərbaycan hərbi təlimlərində iştirak etmək üçün Azərbaycana gətirilib, stabilləşdirici qüvvə kimi saxlanılıb. Məqsəd odur ki, əgər prosesə 3-cü qüvvə müdaxilə edərsə, F-16 təyyarələrindən həmin vaxt istifadə ediləcək. Hal-hazırda bu F-16-lar istifadəsizdir. Sadəcə, bu məsələ Ermənistanı və bu ölkəni himayə edən dövlətləri narahat edir. Onlar istəyirlər ki, bu yolla Rusiya və digər ölkələri məsələyə cəlb edib status-kvonu bərpa etsin, münaqişəni yenidən uzatsınlar".

Milli Qəhrəman bildirib ki, əslində işğalçı dövlət hazırki dövrdə də başqa ölkələr tərəfindən silahlandırılır: "Bu fakt döyüşlər zamanı ortaya çıxdı. Bir aylıq müddət ərzində baş verən döyüşlərdə Azərbaycan Sİlahlı Qüvvələri tərəfindən məhv edilən və qənimət kimi götürülən silah-sursat, hərbi texnikaların sayı bir daha bunu sübut etdi. Azərbaycan Silahlı Qüvvələri Ermənistanın beynəlxalq kvotadan qat-qat artıq silah-sursat və hərbi - zirehli texnikalarını məhv edib, qənimət kimi götürüb. İqtisadi gücü olmayan Ermənistanda bu qədər silah, hərbi texnika haradandır? Deməli, müxtəlif ölkələr daimi olaraq Ermənistanı silahlandırır. Özlərinin cinayətlərini ört-basdır etmək üçün onlar diqqəti Azərbaycana yönəltmək istəyirlər".

Tarix
2020.10.28 / 12:31
Müəllif
Axar.az
Digər xəbərlər

MM sədri MakKormak ilə sülh prosesini müzakirə etdi

Urmiya gölü haqda sevindirici xəbər

Meloni Azərbaycana bu tarixdə gələcək

Bu, Azərbaycanla münaqişənin başlaması deməkdir...

Bu qətnamələr tamamilə qərəzlidir - Deputat

Ermənistana dizel daşıyan qatar Biləcəridən yola düşdü

Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...

Tərifli göz həkimindən göz dağı - Qəbulunda nələr gördüm?

Bakı ermənisi olan senator qiyabi həbs olundu

Ukrayna buna görə Azərbaycana təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla