Yuxarı

Bərdə yenidən raket atəşinə tutuldu: 21 ölü - Video

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

13:54

2020-ci il oktyabrın 28-də saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələrin endirilməsi nəticəsində 14 nəfər həlak olmuş, 40-dan artıq şəxs isə yaralanmış, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəymişdir.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Axar.az-a verilən məlumata görə, hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilməklə zərərçəkmiş şəxslərin siyahısının dəqiqləşdirilməsi üzrə işlər aparılır.

***

Baş Prokurorluğun Mətbuat xidməti Ermənistanın Bərdəyə raket atması ilə bağlı yeni açıqlama yayıb.

Məlumatda deyilir:

"2020-ci il oktyabrın 28-i saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi ərazisinə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələrin endirilməsi nəticəsində 19 nəfər həlak olub, 60-a yaxın şəxs isə yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilməklə zərərçəkmiş şəxslərin siyahısının dəqiqləşdirilməsi üzrə işlər aparılır".

***

Baş prokurorluq Bərdə təxribatı ilə bağlı daha bir məlumat yayıb.

Məlumatda deyilir:

2020-ci il oktyabrın 28-də saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələrin endirilməsi nəticəsində 21 nəfər həlak olmuş, 70-ə yaxın şəxs isə yaralanmış, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəymişdir.

Bundan başqa, təcavüzkar Erməni silahlı qüvvələri tərəfindən 2020-ci il oktyabrın 27-də saat 16 radələrində Bərdə rayonunun Qarayusifli kəndinin ağır artilleriyadan atəşə tutulması nəticəsində xəsarət almış daha bir dinc sakin müalicə olunduğu xəstəxanada aldığı xəsarətlər səbəbindən vəfat etmiş, bununla da 2020-ci il oktyabrın 27-də Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş cinayətlər nəticəsində həlak olanların sayı 5-ə çatmışdır.

Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilməklə zərərçəkmiş şəxslərin siyahısının dəqiqləşdirilməsi üzrə işlər aparılır.

Tarix
2020.10.28 / 16:01
Müəllif
Axar.az
Digər xəbərlər

Quru sərhədlərin açılması barədə vacib açıqlama

Sahibə Qafarova Malayziya baş naziri ilə görüşdü

Bu yolun Azərbaycana verilməsi düzgün qərardır - Nikol

Əli Əsədov Bişkekdə mühüm görüşdə - Foto

Azərbaycan Zəngəzur vasitəsilə silah daşıyacaq? - Paşinyan

Trampın Albaniya ilə Ermənistanı səhv salması...

Əli Əsədov Bişkekdə Japarovla görüşdü

Zakir Həsənov Pekində səfərdədir - Foto

Prezident Marta Kosu qəbul etdi - Foto

ABŞ-da Bakıya qarşı təxribatçı "düzəliş" - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla