Yuxarı

Səfirlik kanadalı senator və deputata etirazını bildirdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Səfirlik kanadalı senator və deputata etirazını bildirdi

Kanada Parlamentinin senatoru Leo Housakos və Ontario yerli parlamentinin üzvü Gurratan Singhin İcmalar Palatasındakı çıxışını qətiyyətlə pisləyirik.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycanın Kanadadakı Səfirliyinin yaydığı bəyanatda bildirilib.

"Təəssüf ki, hər iki çıxış Azərbaycan əhalisinə qarşı soyqırım siyasətini və müharibə cinayətlərini dəstəkləməklə yanaşı, həm də Kanada və Azərbaycan qanunvericiliyinə ziddir. Gurratan Singh və Leo Housakos işğal olunmuş Azərbaycan torpaqlarından didərgin düşmüş 1 milyondan çox məcburi köçkün və qaçqınların sahib olduğu fundamental demokratik və insan hüquqlarına məhəl qoymurlar. Ermənilərin təcavüzkar hərəkətləri beynəlxalq hüququn əsas norma və prinsiplərini, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin tələblərini pozur.

Ermənistan ordusu yüzlərlə mülki şəxslərin ölümü, yaralanması, mülki və təhsil infrastrukturlarının dağıdılması ilə nəticələnən klaster bombalarından istifadə etməyə və bu silahlarla münaqişə zonasından çox uzaqda yerləşən yaşayış məskənlərini atəşə tutmaqda davam edir. Ermənistan atəşkəs rejimini pozmağa davam etməklə qəddar müharibə metodlarına üstünlük verir və əldə olunmuş atəşkəsə əməl etmək niyyəti olmadığını bir daha göstərir.

Bu günə qədər uşaqlar, qadınlar və qocalar daxil olmaqla ümumilikdə 91 mülki şəxs öldürülüb, 392 mülki şəxs ağır bədən xəsarətlərilə xəstəxanalara yerləşdirilib. Gəncə, Bərdə, Tərtər və Azərbaycanın digər şəhərlərində həyatını itirən günahsız qurbanlar üçün dua edirik və millət vəkilləri də daxil olmaqla Kanada cəmiyyətinin hər bir üzvünü bu çıxışlara etiraz səsini ucaltmağa çağırırıq", - bəyanatda qeyd olunub.

Tarix
2020.10.30 / 22:16
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ İran neftinə sanksiyanı bir aylıq qaldırdı - Hansı məntiqlə?

İran müharibəsi: Azərbaycan “əsas dəhlizə” çevrilir...

Şovinist Rza Pəhləvinin olmayan “Ölümsüzlər” ordusu...

ABŞ-da İran üzrə peşəkarlar niyə işdən çıxarıldı?

Bu nazirin müavilərinin sayı 6-ya çatdı

Nazir müavini təyin edilən jurnalist oğlunun - Dosyesi

Yaxın vaxtda Azərbaycana səfər edəcəm - Vuçiç

Mehriban Əliyeva xalqı bu sözlərlə təbrik etdi

İlham Əliyevdən sərəncam: Həsənov nazir müavini oldu

Azərbaycan Ermənistan ərazisində hərbi postlar qurub?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla