Yuxarı

Makronun Qarabağ cəhdi: Bu təklifə lüzum yoxdur

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Makronun Qarabağ cəhdi: Bu təklifə lüzum yoxdur

Makronun bu açıqlaması məzmun və üslub etibarilə yanlışdır.

Bu sözləri Axar.az-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Fransa Prezidenti Emmanuel Makronun Qarabağdakı tarixi, mədəni və irsi sərvətlərin qorunması və bərpasına cəhd göstərmələri ilə bağlı sözlərini şərh edərkən deyib.

O bildirib ki, Fransa Prezidenti Emmanuel Makronun “tarixi, mədəni və irsi sərvətlərin qorunması və bərpa edilməsi üçün Azərbaycan, Ermənistan və Minsk Qrupundakı həmkarlarımızla bərabər çalışırıq” deməsi doğru deyil:

“Birincisi, bu gün Azərbaycanın bu sahədə Fransanın köməyinə ehtiyacı yoxdur. Əksinə, deyərdim ki, ölkəmiz tarixi-mədəni irsin qorunması istiqamətində kifayət qədər təcrübəyə malikdir. Bizim Mehriban Əliyeva kimi Heydər Əliyev Fondu vasitəsilə dünyanın bir çox nöqtəsində, eyni zamanda Fransada tarixi-mədəni abidələrin qorunması sahəsində təcrübəsi olan siyasi xadimimiz var. Onu da qeyd edim ki, birinci xanım UNESKO-nun xoşməramlı səfiridir.

İkincisi, Makronun özbaşına bunu deməsi və üslubu yanlışdır. İşğaldan azad edilən torpaqlarda zəngin Azərbaycan tarixi mövcuddur. Bu tarixin canlı şahidi olan abidələrin böyük bir qismi isə bu gün faktiki olaraq ya dağıdılıb, ya da istifadəyə yararsızdır. Bu istiqamətdə şübhəsiz, ölkəmizdə ciddi işlər görüləcək. Lakin bu işlərdə kiminlə əməkdaşlıq edəcəyimizi biz təyin edirik. Fransa prezidenti bu məsələdə qərar vermə mexanizminə sahib deyil.

Üçüncüsü, keçmiş qondarma “dqr”in “müstəqilliyinin” tanınmasına dair qanun layihəsinin Fransa Senatına təqdim edildiyi bir zamanda Fransa Prezidenti Emmanuel Makronun belə bir açıqlama verməsi heç səmimi deyil. Fransanın sərgilədiyi ermənipərəst mövqe və onun təcəssümü olan “dqr”in müstəqilliyinin tanınması cəhdi bu ölkənin iç üzünü göstərir”.

Tarix
2020.11.21 / 09:00
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Lukaşenko İlham Əliyevi təbrik etdi

Ermənistana 8 vaqon dizel yanacağı göndərildi

Azərbaycan və Ermənistan 9 Mayı sülh içində qeyd edir...

XİN-dən Qələbə Günü ilə bağlı paylaşım

NATO-nun xüsusi nümayəndəsi Bakıya gələcək

İranlı biznesmenlər Bakıya axışır: Bu iki məsələ...

Bu dəhşətləri yaxşı bilən Azərbaycan… - Səfirin yazısı

Etibar Məmmədovun villasından oğurluq edib, kefə xərclədi

Putin Azərbaycanı təbrik etdi

Rusiya kanalında Azərbaycan xəritəsinin təhrif olunması... - XİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla