Axar.az
Yuxarı

Axar.Az Logo

Azərbaycana təzyiqlərin miqyası haqda sirlər...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Senatında qəbul edilən dünənki qərarının tarixi analogiyası belədir: 2-ci Dünya müharibəsinin nəticələrini Almaniya qəbul edib, generallar gəlib təslimçilik aktına qol çəkib, lakin hansısa 3-cü dövlət onu tanımaq istəmir. İndi 2-ci Qarabağ müharbəsinin nəticələrini Ermənistan dövləti, parlamenti və hətta xalqı da qəbul edib, lakin Senat deyir ki, yox, Ermənistan Ermənistan deyil, bizik Ermənistan!

Senatın 25 noyabr tarixli addımı hüquqi-siyasi nəticələrindən asılı olmayaraq, 33 il əvvəl yenə də Fransada “Humenite” jurnalında Abel Aqanbekyanın Qarabağı Ermənistana birləşdirmək çağırışına dair mənfur məqaləsi ilə eyni mahiyyəti daşıyır. Həmin planın iki xalq arasında hansı miqyasda düşmənçiliyə gətirib çıxardığını hamı gördü!

Müharibənin 1 dekabrdakı nəticələrinə görə, Azərbaycan hərbi və siyasi yolla işğal altındakı torpaqlarının 80 faizini tam azad etmiş bir duruma nail olur. 10 noyabr razılaşmasına görə, yerdə qalan Azərbaycan torpaqlarında da suveren haqlarımızın gerçəkləşməsi üçün plan hazırdır. Beləliklə, Senatın müstəqilliyi tanıma tövsiyəsi faktiki olaraq, 2-ci Azərbaycan dövlətini tanımaq cəhdi sayıla bilər. Çünki yaxın gələcəkdə azərbaycanlılar Dağlıq Qarabağda əhali sayına görə Hadrutda, Xocavənddə, Ağdərədə və Şuşada yerləşərək digər ünvanlardakı bir ovuc erməni azlığından sayca çoxluq təşkil edəcəklər! Ona görə də Fransa 2-ci Azərbaycan dövləti təsis etmək istəyir.

Ali Baş Komandan bəyan etdi ki, o, Azərbaycana edilən təzyiqlərin miqyası haqqında bəzi sirləri gələcəkdə aça bilər. Şübhə yoxdur ki, bağlı qapılar arxasında Fransa dövlət başçısının cavabı ən sərt və qətiyyətli bir şəkildə verilib. İndi prezidentdən sonra növbə bütün dövlət strukturlarının, parlementin və bütün dünya azərbacanlılarınındır.

Dağlıq Qarabağın müstəqliiyini Kosova kimi tanımaq üçün ortada olan reallığın balkanlardan fərqi haqqında yüzlərlə arqument gətirmək olar. Tək bir səbəbi desək, yetərlidir - gərək biz onda onminlərlə mülki ermənini öldürmüş olaydıq. Senatın qərarı erməniləri qətlə sürükləyən bir hökmdür. Qarabağı karta çevirənlərin əllərindən çıxan alətə görə qəzəbi, hiddəti başadüşüləndir.

Senatın qərarı Strasburqun demokratiyaya bürünmüş sifətini və bizə onillərdən bəri azadlıq gətirmək istəyənlərin də iç üzünü açır. Sabah bizim demokratiya, mətbuat azadlığı və məhbuslarla bağlı danışanların dünən ərazi bütövlüyümüzə qəsd edənlər olduğunu unutmayın!

Fransa arxivlərində Paris Sülh Konfransının materialları durur. Sabiq prezident Fransua Olland Azərbaycanın qədimliyinin fransız səyyahları tərəfindən necə tədqiq olunduğundan ağız dolusu danışırdı. Nəhayət, Senat üzvləri Sent Klu məzarlığında uyuyan Əlimərdan bəy Topçubaşovun, Ceyhun Hacıbəylinin və lap elə Şarl del Qolla çiyin-çiyinə vuruşan Əhmədiyyə Cəbrayılovun ruhundan utansınlar - Axı Paris Sülh Konfransı Azərbaycanın müstəqiliyini tanıyanda bizim ərazilərimiz 114 min kv.km idi.

Azərbaycanın cavab reaksiyası necə olmalıdır?

Müxtəlif təkliflər var. Bilirsiz ki, ölkəmizdə Fransa unuversiteti, məktəbi, ayrıca fakültəsi, 2 milyard avro dəyərində iqtisadi-ticari sazişlər var. Bilməliyik ki, Fransa kompaniyaları siyasətçilərin girovu deyil, onlarla fəal iş rejimində çalışmalıyıq, o cümlədən müxtəlif patiyalar, siyasi mərkəzlərə, lobbi birliklərilə gündəlik rejimdə işləməyi davam etdirməliyik. Emosional addımları da kimsə ata bilər, lakin biz sistemli fəaliyyətimizlə dünyada belə qərarın nümunəyə çevrilməsinin qarşısını almalıyıq! Bəli, 30 il də ömrümüz Hərbi Zəfərimizi müdafiədə keçəcək! Bu Azərbaycanın taleyidir!

Zahid Oruc

Milli Məclisin Komitə sədri

Tarix
2020.11.26 / 14:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Daha bir erməni nazir Xankəndiyə qanunsuz səfər etdi

Zərif Bakıya gəldi və ilk açıqlaması Qarabağ oldu

Korotçenko: Baydenin Bakıya münasibəti necə olacaq?..

Berdiməhəmmədov Azərbaycandan danışdı

“Dostluğ”un dostları və düşmənləri…

Ukraynanın Bakıdakı səfirliyindən təbrik - Videosu

İlham Əliyev Zelenskiyə başsağlığı verdi

Prezident SOCAR-ın idarəçiliyini bu nazirə tapşırdı

Prezident SOCAR-la bağlı 1 fərman, 1 sərəncam imzaladı

Melkonyan: Bakı İrəvandan bu yolla yeni ərazilər alacaq

KULT
<>
Xəbər xətti
 
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla