Yuxarı

İngiltərə şəhəri də “dqr”i “tanıyır”? - Etiraz

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
İngiltərə şəhəri də “dqr”i “tanıyır”? - Etiraz

İngiltərədə yaşayan azərbaycanlı icması Azərbaycanın ərazi bütövlüyünün tanınması və işğalçını dəstəkləyən addımların atılmaması ilə bağlı Derbi Şəhər Şurasına müraciət edib.

Axar.az xəbər verir ki, Derbi Şəhər Şurasının baş icraçı direktoru Paul Simpsona ünvanlanan müraciətdə Dağlıq Qarabağın müstəqil bir dövlət kimi tanınması ilə bağlı təklifin yalan və ermənipərəst təbliğat olduğu bildirilib.

Bu addıma kəskin etirazını bildirən azərbaycanlı icması xəbərdarlıq edib ki, Azərbaycanın dünya birliyi, o cümlədən İngiltərə dövləti tərəfindən tanınan ərazi bütövlüyünə zidd olan belə qərarın qəbulu beynəlxalq hüquq normalarına qarşı olmaqla yanaşı, həm də Azərbaycan-İngiltərə əlaqələrinə zərbə vura bilər.

Vurğulanıb ki, qəbul olunmuş qərar Birləşmiş Krallıqla Azərbaycan arasında mövcud olan ikitərəfli əlaqələrə və Azərbaycanın dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyünə göstərilmiş etimada hörmətsizlik kimi dəyərləndirilir. İnanırıq ki, qəbul olunmuş qərar tezliklə Şura tərəfindən ləğv ediləcəkdir.

Qeyd edək ki, etiraz məktubu Britaniya Azərbaycanlıları İcması, Britaniya Azərbaycanlıları Assosiasiyası, Beynəlxalq Azərbaycan İcması təşkilatları və İngiltərədə yaşayan azərbaycanlılar tərəfindən ünvanlanıb.

Tarix
2020.11.28 / 12:30
Müəllif
Gülnarə Kazımova
Digər xəbərlər

Ermənistana 26 vaqon buğda göndəriləcək

Bakı hər şeyi eşidir - Qasparyan

Prezident Gülərin ailəsinə traktor hədiyyə etdi - Video

Azərbaycan Əfqanıstanı təbrik etdi - Foto

Deputatlarımız bu türk ölkəsində seçkiləri müşahidə edəcək

Azərbaycan əmindir ki, biz uduzacağıq - Video

Rusiyadan Bakının rus jurnalistlərlə bağlı qərarına reaksiya

Pezeşkianla Əliyevin söhbətindən sonra yeni səhifə açıldı

Azərbaycan əleyhinə çıxışlar edən Çadayev istefa verdi

Bunu Əliyevə təqdim etməkdən şərəf duydum - Norman

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla