Yuxarı

Qarabağın statusu: Bəyanatda nə yazılıb? - Liparidyan

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qarabağın statusu: Bəyanatda nə yazılıb? - Liparidyan

10 noyabr bəyanatının iki izahı var. Bunlardan biri pessimist və daha doğru olandır. Bu, o qədər pessimistdir ki, insanlar artıq onu qəbul etməkdə çətinlik çəkəcəklər. Atəşkəs haqqında bəyanat faktiki olaraq Qarabağ mövzusunu qapadır. Bu bəyanatda birbaşa deyilmir, amma bəyanat tam olaraq Azərbaycanın ərazi bütövlüyü prinsipinə əsaslanıb. Paşinyan isə baş nazir kimi onu imzalayıb. Onu artıq heç kim dəyişə bilməz.

Axar.az xəbər verir ki, bunu BBC-yə müsahibəsində Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyanın keçmiş baş müşaviri Jirayr Liparidyan deyib.

“Azərbaycanlılar geri qayıdacaqlar və Azərbaycan hakimiyyəti hər şeyi edəcək ki, maksimal sayda şəxs geri dönsün. Biz də istəyirik ki, Qarabağ erməniləri geri qayıtsınlar. Onlar bu cür Qarabağa dönməyə hazırdırlarmı?

Digər tərəfdən Rusiya maraqlıdır ki, daha çox erməni geri dönsün. Prezident Putin və digər dünya liderləri “Qarabağın statusu müəyyən edilməyib” dedikdə ”Qarabağın müstəqilliyi mümkündür” fikrini nəzərdə tutmurlar. Onlar artıq deyiblər ki, bu mümkünsüzdür, Qarabağ Azərbaycanın tərkib hissəsidir. Onlar bunu çox dəqiq müəyyənləşdiriblər.

10 noyabr bəyanatında söhbət müstəqil Qarabağla Azərbaycanın tərkibindəki Qarabağ arasında seçim etməkdən getmir. Bu seçim əgər nə vaxtsa mövcud olubsa, indi artıq o yoxdur. Danışıqlar iki ssenaridə mövcud ola bilər. Qarabağda ermənilərin Azərbaycanın tərkibində coğrafi, ərazi vahidliyi olacaq, yoxsa İlham Əliyevin haqqında bəhs etdiyi mədəni muxtariyyəti ermənilər əldə edəcəklər? Bu isə o deməkdir ki, onların vəziyyəti Türkiyə və İrandakı ermənilərin vəziyyəti ilə oxşar olacaq. Yəni onlar dini azlıq kimi bir sıra hüquqlara sahib ola bilərlər. Yəni özlərinin kilsələri, məktəbləri, bəlkə də qəzetləri və erməni dili dərsləri ola bilər, amma başqa heç nə”, – deyə o bildirib.

Liparidyan Ermənistan rəhbərliyinin hələ də Qarabağın müstəqilliyini tanımağa cəhdlər etməsinin mentalitetlə bağlı olduğunu deyib:

“Mentalitetimiz dəyişməyib. Bu, bizim siyasi düşüncəmizdə əsas problemdir və bu problem 200 ildir belədir. O, yeni deyil. Biz illuziyanı bəyənirik. Arzulamaq bizim həyat strategiyamızdır. Halbuki arzulamaq strategiya deyil”.

Tarix
2020.12.01 / 11:29
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla