Yuxarı

Makron “dqr” qətnaməsini qəbul etsə... - Zülfüqarov

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Makron “dqr” qətnaməsini qəbul etsə... - Zülfüqarov

Fransa Prezidenti Emmanuel Makron ölkəsinin parlamentinin “dqr”in tanınmasına çağıran qanun layihəsini qəbul edərsə, bu, ilk növbədə rəsmi Parisin özü üçün zərərli olacaq. Belə ki, Fransa bununla ATƏT-in Minsk Qrupundakı həmsədrliyindən öz xoşu ilə imtina edəcək.

Bu sözləri Axar.az-a sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Fransa Senatından sonra parlamentinin də “dqr”in tanınmasına çağıran qanun layihəsi qəbul etməsi haqda danışarkən deyib.

Onun sözlərinə görə, tövsiyə xarakterli bəyanatlara fikir verməməliyik:

“Fransa Milli Məclisinin “dqr”in tanınmasına çağıran qanun layihəsi tövsiyə xarakterlidir. Şübhəsiz, bu kimi təşəbbüslərlə barışmaq olmaz. Tənqid edib, etirazımızı bildirə bilərik, lakin ciddiyə almaq lazım deyil. Çünki bu, Fransanın daxili siyasi məsələsidir. Hər kəsə bəllidir ki, bu qətnamənin təşəbbüskarı, onu qəbul edən şəxslər kimlərdir. Korrupsiya əsasında ələ alınan fransız “deputat”lardan başqa nə gözləmək olar? Rəsmi Paris bunu ciddi araşdırmalıdır. Ermənistan kimi kiçik bir ölkə öz lobbisi ilə Fransa kimi bir ölkənin deputatlarını ələ ala bilir”.

Politoloq bildirib ki, Makron bu qanunu qəbul etməyəcək:

“Digər tərəfdən, hətta Makronun bunu qəbul edib-etməməsinin bizim üçün əhəmiyyəti yoxdur. Əgər Makron bu qanunu qəbul etsə, bu, onun da Fransa parlamenti kimi korrupsiya bataqlığına batdığını göstərəcək.

Hər kəs bilsin ki, Azərbaycan öz suveren hüquqları, ərazi bütövlüyü çərçivəsində addımlar atacaq və buna heç kəs mane ola bilməz”.

Tarix
2020.12.05 / 22:21
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla