Axar.az
Yuxarı

Axar.Az Logo

Ermənilər Qarabağdan bu cür gedəcək - Deputat

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axar.az Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin “Xalq cəbhəsi” qəzetinə və eyni adlı sayta müsahibəsini təqdim edir:

- Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 11 yanvar Moskva Bəyənnaməsi barədə fikirlərinizi bilmək istərdik...

- Bu görüşü və onun nəticələrini növbəti uğurlu addım kimi qiymətləndirə bilərik. Atəşkəs haqqında 10 noyabr 2020-ci il birgə Bəyanatından sonra onu bizimlə birlikdə imzalayan Rusiya və Ermənistan bəyanatın bəzi müddəalarını öz istəklərinə uyğun təfsir edib, ondan maksimum faydalanmağa çalışırlar. Müharibənin nəticəsi olaraq, biz torpaqlarımızın əhəmiyyətli hissəsini işğaldan azad etmişik. İndi addım-addım yeni siyasi reallıqları erməni ictimaiyyətinə qəbul etdirməliyik. Son Bəyənnamə də bu istiqamətdə atılan növbəti addımdır. Hazırda bölgədə gərginliyinin azaldılmasında daha çox Ermənistan rəhbərliyi maraqlı olmalıdır. Çünki koronavirusa qarşı peyvəndləmə başa çatan kimi dövlətlərarası sərhədlər açılacaq, gərginlik və yeni müharibə qorxusu altında, kasıbçılıq içərisində yaşamaq istəməyən ermənilər Qarabağdan və Ermənistandan köçüb gedəcəklər. Ona görə Ermənistan böyük miqrasiyanın qarşısını almaq və iqtisadiyyatını dirçəltmək istəyirsə, Türkiyə və Azərbaycanla normal qonşuluq münasibətləri qurmalıdır. Bunun isə tək yolu Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan keçir. Faşist ideologiyasına yoluxdurulmuş Ermənistan xalqına bu həqiqətləri dərk etməsi üçün bir az zaman lazımdır. Ermənistanın atmalı olduğu bəzi addımların son bəyanatda öz əksini tapmaması da bundan qaynaqlanır.

Azərbaycanla Ermənistan arasınada mövcud olmuş yolların bərpası və yenilərinin tikilməsi iqtisadi baxımdan daha çox Ermənistanın xeyrinədir. Çünki bizi Gürcüstan üzərindən Türkiyə ilə birləşdirən avtomobil və dəmir yol xətti var. Naxçıvanın Azərbaycanın digər bölgələri ilə əlaqələrində problemlər olsa da onun İran və Türkiyə ilə sərhədlərinin olması vəziyyəti əhəmiyyətli dərəcədə dəyişir. Buna görə Ermənistanın özünü naza qoyması sadəcə başadüşülən deyil.

- Niyə bir qrup insan bu görüşün nəticələrini uğursuzluq kimi dəyərləndirir və Rusiyanı işğalçı kimi təqdim edir?

- Həmin adamların bir qismi gerizəkalı, digər qismi kiçik çaplı siyasi dələduz olduğuna görə, üçüncü qrup isə bölgədə marağı olan xarici güclərin tapşırığı ilə bu cür mövqe sərgiləyir. Ağıllı insanlar başa düşürlər ki, əgər mümkün olsaydı, o zaman Azərbaycan Ordusu dövlət sərhədlərimizə qədər işğalçıları qovub, bu problemi birdəfəlik həll edərdi. Ali Baş Komandan atəşkəsə imza atıb, rus sqlhməramlılarının münaqişə bölgəsinə gəlməsinə icazə veribsə, deməli, ölkəmiz üçün ən uğurlu variant bu olub. İki gün öncə Yutubda Əli Kərimli Prezident İlham Əliyevi müharibəni dayandırdığına görə qınamaqla yanaşı, fəxarət hissi ilə bəyan edirdi ki, Birinci Qarabağ savaşı zamanı müharibəni dayandırmaq istiqamətində ABŞ və Rusiya tərəfindən Azərbaycana edilən təzyiqlərə, hətta ABŞ-ın tətbiq etdiyi sanksiyaya Elçibəy prezident kimi əhəmiyyət vermədi və müharibəni davam etdirdi. Halbuki sonralar Elçibəy böyük üzüntü içərisində bəyan edirdi ki, gərək qaragüruh cəbhəçilərdən çəkinməyib Dağlıq Qarabağ Muxtar Vilayətinin statusunu bərpa etməklə münaqişəyə son qoyulmasına dair Yeltsinin təklifini qəbul edərdim. Öz səhvindən nəticə çıxarmağı belə bacarmamış Əli Kərimli hələ də anlamır ki, döyüş meydanındakı real vəziyyəti dəyişmək imkanına malik böyük güclərin tələbini qulaqardına vurmaq xalqımız üçün hansı faciələrə gətirib çıxarardı. Həmin düşərgənin “ağıllısı” budursa, digərlərinə nə deyəsən. Bölgəyə böyük təsir imkanları olan güclərlə anlaşmadan müharibə aparmağı yalnız siyasətdə ağsaqqallaşmaq əvəzinə saqqalını ağartmışlar, yaxud adaşına oxşamağa çalışan “əlikimilər” tələb edə bilər. Nə qədər vurnuxsalar da, dairələrini dəyişsələr də yerlərini tapa bilməyən, həqiqətləri xalqımıza deməyə cəsarətləri çatmayan bu uğursuz, artistlik etməklə sifətlərini gizlətməyə çalışan, təhqir etdikləri hakimiyyətin daxilindəki özlərikimilərdən maliyyələşən bu cür ünsürləri xalqımız artıq yaxşı tanıyır. Bu adamlardan nə qədər soruşulsa da ki, başqa cür Qarabağı necə azad edəcəkdiniz? Sadəcə susurlar.

- Onlar sizi rusiyayönümlü siyasət aparmaqda ittiham edirlər...

- Çünki tapşırıq alıblar. Həm də bu böhtançı axmaqlar fikirləşirlər ki, bu cür böhtanlarla özlərini vətənpərvər və müxalifətçi kimi təqdim edə bilərlər. Bütün həyatını Azərbaycanın müstəqilliyinə həsr etmiş bir adam haqqında yalnız ləyaqətini itirmiş adamlar belə ittihamlar səsləndirə bilər.

Bir daha təkrar edirəm, biz torpaqlarımızı işğaldan ona görə azad edə bildik ki, İlham Əliyev Rusiya ilə etimadlı münasibətlər qura bildi. Bundan sonra da Qarabağın nəzarətimizdə olmayan hissəsində suveren hüquqlarımızı bərpa etmək istəyiriksə, Rusiya ilə strateji əməkdaşlığımızı davam və inkişaf etdirməliyik. Bunu başa düşməyənin siyasətdə nə işi var? Bu böhtan və təhqir dağarcıqları bir dəfə fikiləşdilərmi ki, niyə Qərbdə mövcud olan güclü erməni diasporu həmişə Ermənistanı Rusiyadan uzaqlaşdırmağa yox, onunla daha sıx əməkdaşlığa çağırıb. Bununla yanaşı, hər zaman söyləmişəm ki, qardaş Türkiyə ilə münasibətlərimiz ən yüksək səviyyəyə qaldırılmalı, Rusiya ilə əməkdaşlıq Qərblə əlaqələrimizin inkişafına mane olmamalıdır. Siyasi dələduzlardan fərqli olaraq, Türkiyəni özümüz saymışam və müharibəyə qədər mütəmadi olaraq çağırışlar etmişəm ki, Türkiyə hökuməti Qarabağın işğaldan azad olunması üçün bizsiz Rusiya ilə danışıqlar aparsın. Öz hökumətimizi də ona çağırırdım ki, Qarabağın azadlığı üçün forpost Ermənistanla yox, Rusiya ilə danışıqlar aparsın və nə qədər ki, Ərdoğan hakimiyyətdədir, torpaqlarımızı işğaldan azad etmək üçün müharibəyə başlayaq. Bunları ki, siyasətlə maraqlanan hər kəs dəfələrlə oxuyub və bilir. Çünki heç kim təminat verə bilməzdi ki, yaxın illərdə Ərdoğan kimi haqqın yanında olmaqdan çəkinməyən, müstəqil, güclü və xarizmatik lider Türkiyədə hakimiyyətə gələcək. Həm də hər keçən gün Qarabağı bizdən daha da uzaqlaşdırırdı. Məmnunam ki, dediklərimiz gerçəkliyə çevrilməkdədir. Bu gün Rusiya sülhməramlılarının yanlış davranışını görən kimi buna sevinib, dərhal Rusiyanı düşmən və işğalçı elan etməməli, əməkdaşlıq ruhunda iradlarımızı bildirməklə, həmin yanlışlıqların düzəldilməsinə çalışmalıyıq. Rusiyanı dostcasına inandırmalıyıq ki, onun sülhməramlıları öz funksiyalarını mandatları çərçivəsində yerini yetirməsələr, bu, həm bizimlə, həm də Türkiyə ilə münasibətləri zədələyə bilər. Rusiya anlamalıdır ki, 20% torpaqları 30 il işğal altında qalsa da özünün müstəqil siyasətindən imtina etməyən Azərbaycan 4%-ə görə vassal ölkəyə çevrilməz. 17 milyon kvadrat kilometrdən çox ərazisi olan Rusiyanın müdrikliyi çatar ki, Azərbaycanın 2,5 min kvadrat kilometr ərazisinə nəzarət etməsinə görə Azərbaycanı Ukrayna, Gürcüstan, Moldova kimi düşmən dövlətə çevirməsin. Hazırda Qarabağın azadlığı üçün bizimlə bərabər Türkiyə də Rusiya ilə əməkdaşlıq edir və biz də BAXCP olaraq bu əməkdaşlığı dəstəkləyirik. Sonda Dağlıq Qarabağda baş verənlərə görə səmimi olaraq narahatçılıq keçirən vətəndaşlarımıza üzümü tutub deyirəm ki, Prezidentə inanın, Dağlıq Qarabağ təkcə hüquqi baxımdan yox, həm də faktiki olaraq bizim olacaq!

Tarix
2021.01.13 / 17:08
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev Şuşaya niyə getdi? – Korotçenkodan mühüm şərh

Prezidentdən “Azərlotereya” ilə bağlı - Sərəncam

Müharibə vaxtı baş nazir Manukyan olsaydı... - Video

Ayvazyan ingilis nazirlə danışdı və gülünc açıqlama yaydı

Qələbə qazandıq: qarşımızda duran əsas çətinliklər...

İlham Əliyev 1 fərman, 1 sərəncam imzaladı

Bayramov finlandiyalı həmkarı ilə danışdı

Bayramov Lavrovla danışdı: Moskva bəyanatı...

Avropada uçuş böhranı: “sürprizlər” olacaq

Bu oğrular qaçaqaçda bunu da söküb aparıblar - Prezident

KULT
<>
Xəbər xətti
 
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla