Yuxarı

ATƏT PA-da Koncaryanın yalanı faktlarla ifşa edildi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
ATƏT PA-da Koncaryanın yalanı faktlarla ifşa edildi

ATƏT PA-nın bu gün işə başlayan qış sessiyasında erməni nümayəndə heyətinin rəhbəri Ayk Koncaryan növbəti dəfə Azərbaycana böhtan atmağa çalışıb.

Axar.az xəbər verir ki, Ayk Koncaryanın Azərbaycanın müharibə vaxtı guya terrorçulardan istifadə olunması haqqında ittihamına ölkəmizin nümayəndə heyətinin rəhbəri Azay Quliyev sərt cavab verib.

“Ermənistan antiterror fəaliyyətindən danışa bilən sonuncu ölkədir. Çünki bu dövlət rəsmi şəkildə terroru dəstəkləyir və təşviq edir. Ermənistan Azərbaycanda çoxlu sayda terror aktı törədib, indi isə Azərbaycana qarşı yalan məlumatlar yaymaqla məşğuldur.

Bildirmək istəyirəm ki, Azərbaycan heç vaxt terrorçuları hərbi əməliyyatlara cəlb etməyib. Buna heç vaxt ehtiyac olmayıb və bu barədə heç bir sübut da yoxdur. Ancaq Ermənistanın müharibə vaxtı Azərbaycana qarşı çoxlu sayda muzdlu cəlb etməsi bir faktdır və bununla bağlı kifayət qədər sübutlar var. Lakin Ermənistan döyüş meydanında ağır şəkildə məğlub olduqdan sonra ölkəmiz haqqında bu cür əsassız şayiələr yaymağa başladı.

Bildirmək istəyirəm ki, bu yalanlar Ermənistana heç bir fayda gətirməyəcək. Mən ATƏT PA-nın müvafiq qurumlarını Ermənistanın bu qanunsuz hərəkətlərinə qiymət verməyə çağırıram. Ermənistan nümayəndə heyəti çıxışlarında ehtiyatlı olmalı, yalan məlumat yaymağı dayandırmalı, etik qaydalara və parlament dilinə əməl etməlidir”, - deyə Azay Quliyev qeyd edib.

Tarix
2021.02.24 / 20:47
Müəllif
Axar.az
Digər xəbərlər

Köçəryanla bağlı faktlar: Xüsusi agent olub... - Video

1998-ci ildə ATƏT Qarabağla bağlı nə qərar vermişdi? - Video

XİN rəhbəri Əlcəzair prezidenti ilə görüşdü

Azərbaycan və Fransa arasında mühüm danışıqlar...

Zəfər Günü: İlham Əliyevə təbriklər davam edir

Buğda yüklü qatar Azərbaycandan Ermənistana getdi - Foto

İlham Əliyev Özbəkistana dəvət edildi

Yunanıstan onu Azərbaycana səfir göndərir

Babayevdən gəlir vergisi barədə açıqlama: Aşağıdır...

Ermənistanda türk dilinin tədrisi... - Andreasyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla