Yuxarı

Xocalıdakı qırğın dəhşətli hərbi cinayətdir - Markov

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xocalıdakı qırğın dəhşətli hərbi cinayətdir - Markov

Xocalıdakı qırğın dəhşətli hərbi cinayətdir, insanlığa qarşı cinayətdir və Azərbaycan xalqına qarşı soyqırımıdır. O, hələ də tam araşdırılmayıb. Təqsirkarlar isə indi hakimiyyət strukturlarında müəyyən vəzifələr tuturlar və cəmiyyət üzvləri tərəfindən cəzalandırılmayıblar. Buna görə də Xocalı qətliamını yalnız qurbanların xatirəsini qorumaq baxımından deyil, həm də günahkarların cəzalandırılması üçün bütün dünya ictimaiyyətini cəlb etmək baxımından daim xatırlamalıyıq.

Axar.az Report-a istinadən xəbər verir ki, bunu rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov Moskvada keçirilən “Tarix dərsləri və insanlığa qarşı cinayətlərin qarşısının alınmasında müasir gənclərin rolu” mövzusundakı konfransda deyib.

Politoloq tarixi zəncirvari hadisələrdən bəhs edib:

“Əvvəlcə, ölkəmizin hüdudlarından çox kənarda ölkənin məhv edilməsi barədə qərar verilir. Sonra bu planı həyata keçirən erməni hərəkatı yaradılır. Məhz bu hərəkatın böyük ölkəni “parçalara” bölmək yolunda ilk olduğunu heç vaxt unutmayacağıq. Sonra dəhşətli anti-Azərbaycan poqromları ilə müşayiət olunan etnik təmizləmə başladı. Ardından çox çətin vəziyyətdə olan 10 minlərlə qaçqın yaranır. Bütün bunlar o vaxt Azərbaycan Respublikasında dəhşətli siyasi qeyri-sabitliyə və real hərbi addımlara səbəb oldu”.

S.Markov bildirib ki, Xocalı soyqırımında soyuqqanlı düşüncə diqqət çəkir: "Bu, kortəbii milli qırğın deyildi. Bu, düşünülmüş qorxutma aktı idi. Sonradan Serj Sarkisyan da bu barədə bildirib”.

Tarix
2021.02.25 / 16:04
Müəllif
Axar.az
Digər xəbərlər

Türklər Azərbaycan simvolu asmağa başladı - Foto

Ermənistanla sərhəd xəttimiz haradan başlayır? - Bayramov

Ermənistanda yeni konstitusiya qəbul olunmalıdır...

Mirzoyanla yaxın zamanda görüş ola bilər - Bayramov

Paşinyan hansı məntiqlə Rusiyaya icazə verdi?

İlham Əliyev İmaməli Rəhmanı təbrik etdi

Türkiyədən 12 ölkənin İsraillə bağlı qərarına reaksiya

Britaniya hava limanlarında nasazlıq: yüzlərlə reys gecikir

Allahşükür Paşazadənin özəl təyyarəsi var imiş... - Video

Oyuncaq dəstində Azərbaycan və Ermənistan bayrağı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla