Yuxarı

Nikol sazişdən boyun qaçırır – Bakı gözləməyəcək

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nikol sazişdən boyun qaçırır –

Ermənistan 11 yanvarda qəbul edilən 4 maddəlik bəyanatın əsas bəndini yerinə yetirməyib. Doğrudur, Baş nazirlərin müavinləri bir neçə dəfə Moskvada görüşüblər, ancaq bəyanatda deyildiyi kimi ekspertlərdən ibarət altqrupların fəaliyyətə başlaması barədə məlumat yoxdur. Digər tərəfdən, martın 1-i geridə qalıb, ancaq liderlərə təkliflər paketi təqdim edilməyib.

Axar.az xəbər verir ki, bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Politoloq qeyd edib ki, 4 maddəlik bəyanatın ümumi mənası 3 dövlət arasında işçi heyət və ekspertlərdən ibarət altqrupların yaradılmasından ibarət idi:

“İşçi heyətdə əməkdaşlığın aktual mövzuları müzakirə edilməli və sonda yekun sənəd hazırlanaraq imzalanmaq üçün liderlərə verilməli idi. İşçi heyətə və ekspertlərə martın 1-ə qədər sənədi hazırlamaq tapşırılmışdı. Bu sıraya kommunikasiya xətlərinin açılması və beynəlxalq daşımaçılığın təmin olunması daxil idi.

Ermənistanın Baş naziri Nikol Paşinyan onu əsas gətirə bilər ki, ölkəsində vəziyyət gərgindir və hazırda onun və komandasının Azərbaycanla əməkdaşlığa dair təkliflər paketi hazırlayacaq halı yoxdur. Ancaq Ermənistanda xaos uzun müddət davam edə bilər. Bu o deməkdirmi ki, Paşinyan bunu bəhanə edərək, kommunikasiya xətlərinin açılması məsələsini yubada bilər?

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi açıqlamalarında daim Naxçıvanla Azərbaycanın materik hissəsi arasında koridorun mümkün olmadığını səsləndirir. Belə çıxır ki, Paşinyanın Moskvada qəbul etdiyini onun naziri təkzib edir və ya Paşinyan özü XİN vasitəsilə imza atdığı bəyanatdan yayınmağa çalışır.

Azərbaycan Prezidenti İlham Əliyev son geniş mətbuat konfransında dedi ki, Ermənistan kommunikasiya xətlərinin açılmasına mane olmağa çalışır.

Aydındır ki, Nikol Paşinyan indiki vəziyyətdə kommunikasiya xətlərinin açılmasına hazır deyil. Ancaq Azərbaycan onun buna nə zaman hazır olacağını gözləyə bilməz. 11 yanvar bəyanatının müəllifi Rusiya Prezidentidir. Deməli, Moskva İrəvanın məsələni gecikdirməsi ilə bağlı izahat istəməlidir”.

Tarix
2021.03.09 / 13:48
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Rəsmi Bakıdan bu ölkə ilə bağlı paylaşım

Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi

İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...

Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Azərbaycan İsveçrəyə başsağlığı verdi

Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi

Əliyev açıq mesaj verdi: Yalnız güclü dövlət...

MDB-yə sədrlik bu türk ölkəsinə keçdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla