Yuxarı

Bakı Türkiyə və İsraili barışdıracaq? - İddia

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin enerji naziri Yuval Steinitzə Antalyada iyun ayında keçiriləcək “Diplomacy Forum”da iştirak etmək üçün dəvətnamə göndərilib. Bu, iki ölkə arasında münasibətlərin inkişafına yeni şans yaradır.

Axar.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə "Deyli Sabah" xəbər yayıb.

Türkiyə nəşri bildirir ki, Azərbaycanın belə işlərdə ciddi uğurları var. Belə ki, 2016-cı ildə Rusiya ilə Türkiyə arasında yaranmış problemin həllinə Azərbaycan töhfə verib. ABŞ və Rusiya Müdafiə nazirliklərinin ali məqamlı təmsilçiləri də Bakıda bir araya gəlib. NATO Baş katibi də dəfələrlə Bakıda olub və müxtəlif xarakterli danışıqlar aparıb. Bütün bunlara istinadən demək olar ki, Bakı danışıqlar aparmaq üçün son dərəcə münasib yerdir. Türkiyə və İsrail xarici işlər nazirlərinin görüşü üçün də bu ünvan cəlbedicidir.

“Deyli Sabah” xatırladır ki, rəsmi Bakı ilə Ankara 2010-cü ildən bəri bir sıra üçtərəfli əməkdaşlıq mexanizminin yaranmasına nail olub. Bu sırada Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-Türkiyə-Pakistan, Azərbaycan-Türkiyə-İran və Azərbaycan-Türkiyə-Türkmənistan əməkdaşlığı yer alır. Yaranacaq Azərbaycan-İsrail-Türkiyə üçtərəfli əməkdaşlığı da ortada olan müəyyən problemləri aradan qaldıra bilər.

O da maraqlıdır ki, bu məlumat Bakıda fəaliyyət göstərən Beynəlxalq Əlaqələrin Analizi Mərkəzinin rəhbərliyi tərəfindən Türkiyə nəşrinə təqdim olunub.

Onu da qeyd edək ki, bu mövzu son günlərdə Türkiyə mediasında sıx-sıx gündəmə gəlir. Əlbəttə, bu, təsadüf kimi dəyərləndirilə bilməz.

Xüsusən AKP-yə yaxınlığı ilə tanınan media orqanlarında bu səpkili xəbərlərin getməsi Türkiyə-İsrail münasibətlərinin tezliklə çözüləcəyinə dair ümidləri artırır.

Tarix
2021.05.09 / 21:16
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla