Yuxarı

Sahibə Qafarovanın İtaliyaya rəsmi səfəri başladı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sahibə Qafarovanın İtaliyaya rəsmi səfəri başladı

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyətinin İtaliya tərəfinin dəvəti ilə mayın 17-də bu ölkəyə rəsmi səfəri başlayıb.

Axar.az xəbər verir ki, nümayəndə heyətinin tərkibinə parlamentin komitə sədri Tahir Mirkişili, komissiya sədri Eldar Quliyev, İtaliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Azər Kərimli, deputatlardan Qüdrət Həsənquliyev, Elnur Allahverdiyev, Aqiyə Naxçıvanlı, Afət Həsənova, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.

Mayın 17-də Milli Məclisin Sədrinin başçılıq etdiyi parlament nümayəndə heyətini Romanın “Çampino” hava limanında İtaliya Senatının Xarici əlaqələr və emiqrasiya daimi komissiyasının sədri Vito Petroçelli, ölkəmizin İtaliyadakı səfiri Məmməd Əhmədzadə və səfirliyin əməkdaşları qarşılayıblar.

Səfər çərçivəsində Milli Məclisin Sədrinin İtaliya parlamentinin hər iki palatasının sədrləri, ölkənin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri, Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi və ölkəmizlə İqtisadi Əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanin həmsədri, İtaliya parlamentindəki dostluq qrupunun və İtaliya-Azərbaycan Dostluq Assosiasiyasının üzvləri ilə görüşləri nəzərdə tutulub.

Parlament nümayəndə heyətinin səfəri mayın 19-da başa çatacaq.

Tarix
2021.05.17 / 17:05
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla