Yuxarı

İrəvan Moskva razılaşmasını niyə pozur?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrəvan Moskva razılaşmasını niyə pozur?

İrəvan sərhəddəki gərginliyə görə Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin bərpasına dair üçtərəfli komissiyanın işini dayandırıb.

Paşinyanın müavini Qrioqoryanın dedikləri göstərir ki, Ermənistan sərhəd məsələsinin istədiyi kimi həlli reallaşmadan komissiyanın işini bərpa etməyəcək.

Üçtərəfli komissiyanın yaradılması 11 yanvar Moskva bəyanatında əks olunub. İrəvanın üçtərəfli razılaşmanı pozmasının birdən çox hədəfi var.

Birincisi, seçkiöncəsi demarş edir;

Paşinyan Azərbaycanın sərhəddə təxribata cəhd edən 6 erməni diversantı saxlamasından sonra Bakı ilə masada əyləşməyin seçkiöncəsi erməni cəmiyyətinin qəzəbinə səbəb olacağını anlayır və komissiyanın fəaliyyətini birtərəfli qaydada dayandırmaqla demarş etdiyini göstərir.

İkincisi, sərhədə “beynəlxalq müşahidəçilərin gətirilməsi” təklifinin qəbul edilməsidir;

İrəvan sərhəd məsələsinin beynəlxalq müşahidəçilərin yerləşdirilməsi ilə həlli təklifini irəli sürdü, ardınca üçtərəfli komissiyanın işini sərhəd məsələsinə görə dayandırdığını açıqladı. Bununla Bakı və Moskvanı dilemma qarşısında qoymağa cəhd edir: komissiyanın fəaliyyətini bərpa etmək üçün sərhəd məsələsinin həlli lazımdır; sərhəd böhranının həlli üçün də beynəlxalq müşahidəçilərin gəlişinə razılıq verilməlidir;

Burada Ermənistanın Moskva razılaşmasını pozmasına Rusiyanın gözlənildiyindən daha yumşaq reaksiya verməsi diqqət çəkir.

Moskva əslində Vaşinqtonun planı olan müşahidəçi məsələsinin üzərinə indi – Bayden-Putin görüşündən öncə getmək istəmir və bu məsələyə liderlərin görüşündə qərar veriləcəyi gözləniləndir. Görüşdən sonra rusların “beynəlxalq müşahidəçi” təklifinə qəbul edəcəkləri istisna deyil.

Tarix
2021.06.01 / 23:36
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

Azərbaycan-ABŞ strateji tərəfdaşlığı müzakirə edildi

Azərbaycan şəhəri bu şəhərlə qardaşlaşa bilər

Qriqoryandan demarkasiya ilə bağlı açıqlama

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir - Boçorişvili

Sikorskinin dünyanı silkələyən çıxışı: Sergey, bosuna de... - Video

Azərbaycan Fələstin dövlətçiliyinə dəstəyini bir daha təsdiqlədi

Ceyhun Bayramov Ferid Hoxa ilə görüşdü

Bunu Azərbaycandan alacağıq, Türkiyə ilə də... - Simonyan

BMT kürsüsündən İranı “məhv etmək”lə hədələdi...

Oğlumla gəlinim buna görə istintaqa cəlb olunmuşdular

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla