Yuxarı

Peyçinoviç: Bakı və İrəvanı dəstəkləməyə hazırıq

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Peyçinoviç: Bakı və İrəvanı dəstəkləməyə hazırıq

Bu gün ən əsas məsələ Azərbaycan torpaqlarının minalardan təmizlənməsidir.

Axar.az xəbər verir ki, bunu Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç AŞPA-nın yay sessiyası zamanı sualları cavablandırarkən bildirib.

Onun sözlərinə görə, Azərbaycanın işğaldan azad olunmuş torpaqlarının minalardan təmizlənməsi üçün mina xəritələrinin Azərbaycana verilməsi prioritet məsələdir:

"Avropa Şurası Ermənistanın mina xəritələrini Azərbaycana verməsi və erməni əsirlərin qaytarılmasını alqışlayır. Münaqişə uzun müddət davam etdiyindən azad edilmiş ərazidə çoxlu sayda mina mövcuddur. Onlar aşkarlanmayanadək əhalinin geri qaytarılması mümkün olmayacaq. Ermənistan və Azərbaycanı bu işi davam etdirmək üçün dəstəkləməyə hazırıq".

"Avropa Şurası Azərbaycan və Ermənistan arasında baş verən hərbi münaqişədən sonra Bakıya və İrəvana işçi qrupu göndərib. Bu münaqişə ilə məşğul olmaq ATƏT-in Minsk qrupuna həvalə olunub və Avropa Şurası bu məsələdə Minsk qrupunu bundan sonra da dəstəkləyəcək. Avropa Şurası öz növbəsində münaqişədən sonrakı ərəfədə iki ölkə arasında inamın yaranması və gücləndirilməsi üçün əlindən gələni etməyə hazırdır" - o qeyd edib.

Tarix
2021.06.22 / 19:54
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla