Yuxarı

Ruslar Azərbaycanla sərhəddə: Bakının əli güclənir

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ruslar Azərbaycanla sərhəddə: Bakının əli güclənir

Erməni mənbələr Azərbaycanla Ermənistan sərhədinin Geqarkunik bölgəsində Rusiya hərbçilərinin yerləşdiriləcəyi məlumatlarını yayıb. Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və baş qərargah rəisi Artak Davtyan məlumatı təsdiqləyir.

Məlumatda diqqət çəkən məqam Rusiya hərbçilərinin sərhədin Azərbaycan yox, Ermənistan tərəfdən olan hissəsində və Sotk-Xoznavar istiqamətində yerləşəcəyidir.

Bu, proseslərin iki mümkün istiqamətdə inkişaf etdiyi ehtimalını önə çıxarır:

Birincisi, Azərbaycan hərbçiləri sərhəddə mövcud olduqları mövqelərdən geri çəkilmir və sərhədlərin müəyyənləşməsi SSRİ xəritələrinə uyğun həyata keçiriləcək;

İkincisi, sərhədlərin müəyyənləşməsi ilə bağlı mövcud olan “beynəlxalq müşahidəçi” təklifi arxa plana keçib.

İkinci məqam həm də Rusiyanın vasitəçiliyi ilə sərhədlərlə bağlı yeni müqavilənin aktuallığından xəbər verir.

Nikol Paşinyan sərhədlərin müəyyən edilməsi üçün ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin iştirakı ilə “beynəlxalq müşahidəçilərin” yerləşdirilməsini təklif etmişdi: bu, Azərbaycan və Ermənistan dövlət sərhədinin bütün istiqamətini yox, Kəlbəcər istiqamətində - Sotkdan (Söyüdlü) Qafanın Xoznavar (Xəzinəvar) kəndinə qədər olan ərazini nəzərdə tuturdu.

Qərb ölkələrinin “beynəlxalq müşahidəçi” adı altında bölgəyə gəlməsi məsələsinin gündəmdən çıxması bir neçə kontekstdə əhəmiyyətlidir:

1. SSRİ xəritəsinə uyğun sərhədlərin müəyyənləşməsi ilə bağlı yeni müqavilə imzalanacaq: “beynəlxalq müşahidəçi”lərin gəlişi bu prosesdə əsas əngəl ola bilərdi;

2. Bu müqavilə Azərbaycan və Ermənistanın bir-birinin dövlət sərhədini tanıması, İrəvanın Qarabağı Azərbaycan ərazisi kimi qəbul etməsi deməkdir;

3. Qərb – ABŞ bölgədə Rusiyaya qarşı alternativ kimi Türkiyənin mövcudluğunu qəbul edir və bu, həm sərhəd, həm Qarabağ məsələsində Bakının əlini ikiqat gücləndirir.

Tarix
2021.06.23 / 23:23
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

4 erməni məhbus buna görə qaytarılıb - Saakyan

Rusiya Ukraynada “batır”, Çinin sazişi var - İran təkləndi

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı mühüm qərar

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Qonşuda ev yanırsa, Azərbaycan heç vaxt rahat ola bilməz

Bakıda Hindistanla bağlı konfrans keçirildi

Bakıda Liderlərin Zirvə Görüşü olacaq - İlk dəfə...

TRİPP layihəsi Bakı və İrəvandan asılıdır - Kortunov

Azərbaycan bu baxımdan vacib ölkədir - Bayraqdar

Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla