Yuxarı

Millət vəkili gecə "razborka" aparırsa... - Zahid Oruc

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalqın mənafeyini və sağlamlığını, ictimai qanunçuluğu qoruyan bizim həmkarımız yox, məhz həmin polis zabitidir və əsil mandatı daşıyan da odur.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Zahid Oruc deyib.

Z.Oruc bildirib ki, ölkəmizin hazırkı taleyüklü dövründə Böyük Qayıdışa, dövlət sərhədlərimizin tanıdılmasına və qələbəmizin nəticələrinin möhkəmləndirilməsi gündəliyinə ziyan vuran bir mövzuda növbədənkar iclasa toplaşmışıq:

“Milli Məclis kiminsə siyasi mövqeyini, yaxud 7 illik deputatlıq fəaliyyətini, eləcə də onun şəxsi keyfiyyətlərini deyil, konkret ərazidə, bir neçə şəxsin şahidliyilə vətəndaşın gecə vaxtı fiziki-mənəvi zorakılığa məruz qalması və onun şikayəti əsasında Baş Prokurorluğun verdiyi təqdimata münasibət bildirir. Məsələyə emosional, partiyalı, yoldaşlıq, yaxud şəxsi dostluq çərçivəsində qiymət verəndə subyektiv mülahizələrə yol açılır, halbuki biz Azərbaycan zabitinin alçaldılaraq döyülməsinə Konstitusiya çərçivəsində düzgün qiymət verməsək, qəbul etdiyimiz qanunların işləkliyinə heç kimi dəvət edə bilməyəcəyik, “samosud” əməllərinin genişlənməsinə rəvac verəcəyik, hüquqi nihilizmi genişləndirən və kimin gücü varsa, digərinin fiziki cəzalandırmasına yaşıl işıq yandıran hərəkətlərə səbəb olacağıq.

Ona görə də polisə və əsgərə qalxan əl dövlətə vurulan zərbə kimi qiymətləndirilməlidir. Gecədən keçmiş qanuni tabel silahına malik şəxsə qarşı linç əməliyyatı qurulursa, gündüz çağı millət vəkilini qanuna dəvət edən silahsız vətəndaş daha böyük işgəncəyə məruz qala bilər. Zorakılıq edilən şəxs Azərbaycanda ictimai-siyasi sabitliyin qorunmasında fədakarlığı ilə seçilən polis zabitidirsə, hadisəni iki hakimiyyət qolu arasında nifaq kimi təqdim edənlər mövcud olmayan gərginliyə dair süni mövzu verirlər.

Hamı yaxşı başa düşür ki, polis zabitini vurmaq deputatın gücü daxilindədirsə, onda millət vəkillərini də döyəcək xeyli güclü şəxslər və qruplar meydana çıxa bilər.

Bizsə Prezident İlham Əliyevin Yeni Hakimiyyət və Yeni Elita quruculuğunu təkcə rütbəsindən asılı olmayaraq cinayət törədən hökumət və icra orqanı təmsilçilərinə qarşı deyil, eləcə də millət vəkili və hakim adına ləkə vuranlardan təmizlənmək kimi təqdim edirik. Milləti təmsil edən şəxs kreslonun və mandatın gücünü özünün şəxsi toxunulmazlığı saya bilməz. Qanunları yazan və milləti hüquqa dəvət edən birinci qüvvə bizik. İndiki halda, xalqın mənafeyini və sağlamlığını, ictimai qanunçuluğu qoruyan bizim həmkarımız yox, məhz həmin polis zabitidir və əsl mandatı daşıyan da odur!

Vətəndaşların haqlarını qorumalı olan onu əzirsə, gecə əlbəyaxa “razborka” aparırsa, onda millət vəkili hansı haqla burada digər cinayətləri pisləyən çıxışlar edə bilər.

Xatırladaq ki, onlarla ölkədə qanunverici orqan təmsilçiləri müxtəlif əməllərə görə mandatdan məhrum edilib. Bəli, parlament üzvü dövlətin simasıdır, çünki millətin şərəf və ləyaqətini, maraq və mənafelərini təmsil edir. Ona qarşı gedəndə isə mandat hüququnu itirir.

Sonda biz təklif edirik ki, qanunu və vətəndaş hüquqlarını müxtəlif bölgələrdə ləyaqətlə qoruyan polis təmsilçilərindən 125 nəfəri parlament tərəfindən mükafatlandırılsın.

Eləcə də Milli Məclisin bir neçə üzvündən ibarət qrupun Xaçmazda siyasi aktivlərlə, ziyalılar və gənclərlə, hüquq-mühafizə orqanı təmsilçiləri ilə görüşməsini parlamentin həqiqi mövqeyini izah etmək baxımından faydalı sayırıq.

Ümidvarıq ki, sentyabrda parlament sessiyası başlayanda Vətən müharibəsində qəhrəmanlıq göstərən Silahlı Qüvvələrin, həmçinin hüquq-mühafizə orqanlarının nümayəndələri ilə dövlətimizin birliyinə xidmət edən birgə görüş-tədbir keçiriləcək”.

Tarix
2021.08.03 / 12:41
Müəllif
Gülnarə Kazımova
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla