Yuxarı

Səfir 44 günlük müharibədən danışdı: Ordunun gücü...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Səfir 44 günlük müharibədən danışdı: Ordunun gücü...

30 illik bir kədərə, həsrətə son qoyan 44 günlük müharibədən bəhs etmək çox önəmli və dəyərlidir. Ümummilli lider Heydər Əliyevin vəsiyyətində ən başlıca istəyi Qarabağın işğaldan azad olunması idi. Azərbaycan ordusunun gücü və Ali Baş Komandan Prezident İlham Əliyevin iradəsi nəticəsində torpaqlar işğaldan azad edildi.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağcı Trend-ə açıqlamasında deyib.

Səfir ötən ilin iyul ayında ermənilərin Tovuzda törətdiyi hərbi təxribatın, Genral-mayor Polad Həşimov və onun əsgərlərinin, komandirlərinin şəhid olmasının, Azərbaycanın səbir kasasını dolduran son damla olduğunu qeyd edib:

“27 sentyabr ermənilərin bütün cəbhələrdə başlatdığı hücumlara Azərbaycan ordusu çox güclü qarşılıq verdi.

44 günlük Vətən müharibəsində Türkiyə Azərbaycana həm siyasi, həm də mənəvi dəstək oldu. Bu mərhələdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın haqlı mübarizəsində, ərazi bötövlüyünü bərpa etməsində Azərbaycanın yanında olduğunu bütün dünyaya bildirdi.

Qarabağda, Xocalıda yaşananları bütün dünya bilirdi. Lakin laqeyd yanaşırdılar. Ötən həftə Türkiyə, Azərbaycan, Pakistan ombudsmanları Qarabağ bölgəsinə səfər edərək orada monitorinq keçirdilər. 30 illik işğal dövründə dağıdılan, təhrif edilən mədəni-irsi abidələrin, eyni zamanda Tərtərdə, Gəncədə sivil insanlara qarşı törədilən təxribatların, atılan raketlərin qalıqlarının şahidi oldular. Onlar bu haqda hesabat yazaraq, Azərbaycanda, Qarabağda yaşananları beynəlxalq ictimaiyyətə çatdıracaqlar”.

Şuşa bəyannaməsindən bəhs edən C.Bağcı 100 il əvvəl Qars müqaviləsinə atılan imza ilə Şuşa bəyənmasinə atılan imzanın eyni dəyərdə olduğunu vurğuladı:

“Şuşa bəyannaməsi Azərbaycan və Türkiyə arasında olan münasibətlərin gələcəyinə dair atılan bir möhürdür. Bəyannamədə iki əsas mövzu var. Birincisi, Azərbaycan və Türkiyə münasibətlərinin strateji əməkdaşlıq səviyyəsinə çatdırmaq, ikincisi isə iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi və dərinləşdirilməsidir.

Bizim tək məqsədimiz Türkiyə və Azərbaycan münasibətlərini sağlam və sarsılmaz edərək daha yüksək səviyyələrə çatdırmaqdır.”

Tarix
2021.09.26 / 16:02
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı və Belqrad arasında siyasi məsləhətləşmələr

Netanyahu: İlham Əliyevə deyin ki, bu il... - Video

Mirzoyan avropalı diplomatla sülh prosesini müzakirə etdi

İsrail və Azərbaycan arasında memorandum imzalandı

Prezidentlər hərbçilərin birgə təlimini izlədilər - Foto/Video

Hindistanın yeni səfiri Azərbaycana gəldi - Foto

Hindistan şirkəti Bakıya uçuşları ləğv etdi

Epşteyn kimdir ki, onunla görüşüm? - Məmmədyarov

Ukraynaya növbəti humanitar yardım göndərildi - Foto

Bakı, Ankara və İrəvanın enerji sistemləri... - Xudatyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla