Yuxarı

Qırıcılarımızın Qarabağda enə biləcəyi yer...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qırıcılarımızın Qarabağda enə biləcəyi yer...

Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın da açılışında iştirak etdiyi Füzuli Beynəlxalq Hava Limanının əhəmiyyəti çox böyükdür.

Axar.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ötən ügn Azərbaycan Prezidenti İlham Əliyevlə birgə Füzuli aeroportunun açılış mərasimində iştirak etməsi haqda danışarkən deyib.

Politoloq aeroportun əhəmiyyətini bu cür sıralayıb:

“Bundan sonra mütləq maşınla Bakıdan Qarabağa getmək üçün 5-6 saat vaxt sərf etməyə ehtiyac yoxdur. Füzuli hava limanı yolu qısaltdı. Füzuli hava limanından isə Şuşaya cəmi 100 kilometr məsafə var.

İkincisi, Füzuli hava limanı vasitəsilə təyyarələrlə Qarabağ bölgəsinə tikinti materaillarını daha tez çatdırmaq olar.

Üçüncüsü, Füzuli hava limanında hərbi məqsədlər üçün də istifadə etmək olar. Həmin hava limanına hərbi təyyarələr enə bilər. Bu, Azərbaycan Ordusunun Qarabağda manevr imkanlarını gücləndirir.

Dördüncüsü, Rusiya Müdafiə Nazirliyi Qarabağa yükü Ermənistandan deyil, Füzuli hava limanından da daşıya bilər. Rusiya öz yüklərini Füzuli hava limanından ermənilərin yaşadığı əraziyə çatdırarsa, Azərbaycan daşınan yüklərin nədən ibarət olduğunu nəzarətdə saxlayacaq.

Beşincisi, Qarabağda Füzuli hava limanından başqa daha iki hava limanı mövcud olacaq. Zəngilandakı hava limanı gələn il hazır olacaq. Bundan sonra Laçında hava limanı tikiləcək. Beləliklə, Azərbaycanın Qarabağda 3 hava limanı olacaq. Azərbaycan bu hava limanlarından istifadə etməklə bölgədəki separatizmi tamamən bitirmək üçün psixoloji təzyiqi artıracaq”.

E.Şahinoğlunun sözlərinə görə, Xankəndi şəhərinin ətrafında vaxtilə işğal olunan hava limanı var:

“Həmin hava limanını erməni separatçıları təmir ediblər. Ancaq separatçılar həmin hava limanından istifadə edə bilmirlər. Çünki Azərbaycan buna icazə vermir. Bu hava limanı Azərbaycanın Qarabağın tamamında, o cümlədən Xankəndi üzərində suverenliyini təmin etdikdən sonra işə düşə bilər. Sadəcə, Xankəndidəki hava limanında Azərbaycan sərhəd və gömrük xidməti fəaliyyət göstərməlidir”.

Tarix
2021.10.27 / 09:00
Müəllif
Axar.az
Digər xəbərlər

Rəsmi Bakıdan bu ölkə ilə bağlı paylaşım

Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi

İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...

Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Azərbaycan İsveçrəyə başsağlığı verdi

Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi

Əliyev açıq mesaj verdi: Yalnız güclü dövlət...

MDB-yə sədrlik bu türk ölkəsinə keçdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla