Yuxarı

Ərazi bütövlüyümüzü bərpa etməsəydik... - Prezident

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərazi bütövlüyümüzü bərpa etməsəydik... - Prezident

Bütün bu forumlarda mən Ermənistan-Azərbaycan arasındakı münaqişə məsələsini qaldırıram və bu gün bildirmək istəyirəm ki, münaqişə həll olunub.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda keçirilən Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edərkən deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycan özü münaqişəni həll edib: “Azərbaycan özü BMT-nin Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi - hansı ki, qeyd-şərtsiz və dərhal erməni qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasını tələb etdiyi qətnamələri həyata keçirdi.

Təəssüflər olsun ki, 27 il ərzində bu qətnamələr kağız üzərində qalırdı. Azərbaycan özü öz ərazi bütövlüyünü bərpa etməsəydi həmin qətnamələr növbəti 27 il ərzində də kağız üzərində qalardı. Biz BMT xartiyasının 51-ci maddəsinə istinad edərək öz müdafiə hüququmuzdan istifadə edərək beynəlxalq hüquq çərçivəsinə arxalanaraq bundan istifadə etdik. Çünki nəinki BMT-nin Təhlükəsizlik Şurası, o cümlədən digər beynəlxalq təsisatlar da oxşar qərar və qətnamələri Azərbaycan ərazilərinin işğalı ilə bağlı qəbul etmişdilər”.

Tarix
2021.11.04 / 10:44
Müəllif
Axar.az
Digər xəbərlər

Hikmət Hacıyev İran XİN başçısının müavini ilə görüşdü

Kartda saxlanılan maaş və pensiyalara əlavə ödəniş...

Bu halda Azərbaycan soydaşlarını qorumaq üçün... - VP

Trampın Bakı ilə bağlı bu addımı İrəvanda diqqət çəkdi

Günay Ağamalı sədr seçildi

ABŞ İrana hücum edəcək? - Pol Qobldan mühüm proqnoz

Cəlalzadə Bakıda kimi hədələdi? - İranla bağlı təhlükə

Ceyms Di Vens Azərbaycana gəlir

Tramp İlham Əliyev və Paşinyana təşəkkür etdi

Nə muxtariyyət, nə hərbi struktur: SDQ tam “əriməlidir”

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla